top
Səhnənin ulduzu, tənhalığın kölgəsi – Zərnigar Ağakişiyeva 79 yaşında xatırlanır
06 noyabr 2025, 10:52
- +

Səhnənin ulduzu, tənhalığın kölgəsi – Zərnigar Ağakişiyeva 79 yaşında xatırlanır

Bu gün Xalq artisti, tanınmış aktrisa Zərnigar Ağakişiyevanın doğum günüdür.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində anadan olub. Uşaqlıq illəri çətin keçib - ailə problemləri və tənhalıq onu çox erkən yaşda mübariz olmağa məcbur edib.

Shimal.News xatırladır ki, 5 yaşında ilk dəfə səhnəyə çıxan balaca Zərnigar Səməd Vurğunun “Dahi rəhbərə” şeirini söyləyərək tamaşaçı sevgisini qazanıb. Uşaqlıqdan rəsm və musiqiyə marağı olsa da, həyat onu səhnəyə gətirib.

Aktrisa həyatında bir dəfə böyük sevgi yaşayıb, amma bu sevgi ailə ilə nəticələnməyib. O, müsahibələrində “Həyatımın böyük sevgisini yaşadım, amma o insan sənətimi qəbul etmədi”, – deyə xatırlayıb.

Heç vaxt ailə qurmayan və övlad sahibi olmayan Zərnigar xanım sonralar tək yaşayıb. Maddi sıxıntılar, sənətdəki çətinliklər və sağlamlıq problemləri onu daha da qapalı edib.

“Təhminə”, “Ötən ilin son gecəsi” kimi filmlərdə, teatr səhnəsində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb. Maraqlıdır ki, “Ötən ilin son gecəsi” filmindəki ana obrazını oynayarkən, o, əslində öz anasının həyatını canlandırıb.

Səhnədən uzaqlaşdığı dövrlər də olub. Xəstəliyi və yaddaş zəifləməsi onun aktyorluq fəaliyyətini dayandırmasına səbəb olub. Teatrdan ayrıldığı gün həmkarları onun üçün vida mərasimi təşkil ediblər.

Zərnigar Ağakişiyeva uzun illər şəkər və ürək xəstəliklərindən əziyyət çəkib. Həyatının son illərində tək yaşayırdı. 2018-ci il fevralın 8-də ürək çatışmazlığından dünyasını dəyişib. Onun cansız bədəni evində yalnız 3 gün sonra tapılıb.

Səhnədə güclü, həyatda isə kövrək olan bu qadın Azərbaycan teatr və kino tarixində unudulmaz iz qoydu.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 19:00

"Yengicə" və "Əlicançay" su anbarlarının tikintisinin başa çatacağı vaxt açıqlanıb

Bütün xəbərlər
Bu gün, 18:30

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Bu gün, 18:00

Həmkəndlilərin davası ölümlə bitdi

Bütün xəbərlər
Bu gün, 17:11

Xaçmazda təhlükəli körpünün çatlarına yamaq vuruldu - VİDEO

Bütün xəbərlər
Bu gün, 16:27

Qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı

Bütün xəbərlər
Bu gün, 15:30

Şəkidə 1850 hektar tütün əkiləcək

Bütün xəbərlər
Bu gün, 14:31

"Qəbələ" təmsilçisinə şans verildi

Bütün xəbərlər
Bu gün, 13:33

Qusar məhkəməsində qeyri-adi qərar

Bütün xəbərlər
Bu gün, 12:35

Qəbələ və Gəncədən şad xəbər: yeni qatar xətti istifadəyə verildi

Bütün xəbərlər
Bu gün, 11:58

"Şəki" basketbolçusu ilə vidalaşdı

Bütün xəbərlər
Bu gün, 11:01

Qubada bu yolda cərimələnə bilərsiniz - VİDEO

Bütün xəbərlər
Bu gün, 10:00

Gənc oğlanın ölümünə səbəb olan sərxoş sürücüyə AĞIR CƏZA

Bütün xəbərlər
Bu gün, 09:25

Xaçmazda kişini qatar vuraraq öldürüb

Cəmiyyət
10 yanvar 2026, 17:45

Qaxda qeyri-adi heyvan - VİDEO

İdman
10 yanvar 2026, 16:58

"Qəbələ" "Kəpəz"i məğlub edib

Cəmiyyət
10 yanvar 2026, 16:32

Azərsu Xudatın bu küçəsini susuzluğa məhkum edib - ŞİKAYƏT

Cəmiyyət
10 yanvar 2026, 15:20

Görmə problemi olan gəncin hərbi xidmətə çağırışı ləğv olundu

Hadisə
10 yanvar 2026, 14:31

Zaqatalada iki minik avtomobili toqquşdu, xəsarət alanlar var

Bütün xəbərlər
10 yanvar 2026, 14:10

Sabah milli parklarda "Açıq qapı" günü keçiriləcək

Faydalı
10 yanvar 2026, 13:30

Şamaxıdan Bakıya uzanan memarlıq yolu: Zivər bəy Əhmədbəyov

Bütün xəbərlər
10 yanvar 2026, 12:51

Xınalıq, Qrız, Qusar və Şahdağa qar yağır

Cəmiyyət
10 yanvar 2026, 12:15

Xaçmazlı şəhid Ceyhun Şıxəliyevin xatirəsi anılır

Bütün xəbərlər
10 yanvar 2026, 11:30

Magistraturaya qəbul üçün sınaq imtahanının tarixi açıqlanıb

İqtisadiyyat
10 yanvar 2026, 10:51

Şamaxı və Göyçayda heyvan satışı bazarları açılıb

Oxşar xəbərlər