Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə Şabran rayonunun Şahnəzərli kəndi ərazisində baş verib. Nəticədə sürücü – Quba rayonunun Kələnov kənd sakini Elşən Rzabala oğlu Rzaquliyev dünyasını dəyişib.
Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.