Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, idarə, müəssisə rəhbərlərinin, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaşların fərdi qaydada müraciət və təklifləri dinlənilib. Bu barədə ShimalNews 24 aprel tarixində məlumat verir.
Qəbulda əvvəlcədən qeydiyyatdan keçmiş sakinlər iştirak ediblər. Onlar, əsasən, işlə təmin olunma, səhiyyə xidmətləri, pensiya təyinatı, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması ilə bağlı məsələləri səsləndiriblər.