top
Qusarda valideynlər məktəbdən narazı olduqlarını bildiriblər
23 sentyabr 2022, 12:45
- ↺ +

Qusarda valideynlər məktəbdən narazı olduqlarını bildiriblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusarın kəndində 1-ci və 2-ci sinif şagirdləri təhsildən kənarda qalıblar. Bu barədə ShimalNews 23 sentyabr tarixində Real TV-yə istinadən məlumat verir.

Əvəcuq kənd tam orta məktəbinin binası dövlət tərəfindən inşa edilib və müasir standartlara cavab verir. Lakin sinif otaqları boşdur, müəllimlərin isə gözləri yolda, qulaqları səsdədir. Buna səbəb valideynlərin uşaqlarını məktəbə göndərməməsidir.

Yeni tədris ilində məktəbin sinifləri birləşdirilib. Valideynlər isə hesab edirlər ki, bu, onların övladlarının normal təhsil almalarına mane olacaq.

“Bax qızım dünən məktəbdən gəlib deyir ki, ana mənim başım ağrıyır. Deyirəm niyə? Deyir ki, siniflərimizi birləşdiriblər, 2-ci sinfi və 1-ci sinfi. 2 sinifdə də 7 uşaq var. Deyirlər ki, sinifdə 18 uşaq olmalıdır. Onsuz da 18 uşaq olmur. Uşaqlar üçün çətindir, proqram çətinləşib. Müəllim üçün də çətindir dərs keçmək. Bir dərsi bir müəllim keçir, bir dərsi digər müəllim. İbtidai sinifdir, müəllim dəyişməklə də olmur. Gərək ibtidai sinfə bir müəllim dərs keçsin”, - deyə şikayətçi valideynlərdən biri Sevda Əhmədova bildirib.

Şikayətçilərin sözlərinə görə, oxşar hal bir neçə il öncə də yaşanıb. Lakin məktəbdə çalışanlardan pul yığıldıqdan sonra məsələ həllini tapıb.  Pul verməyənlər isə direktor tərəfindən töhmət alıb.

Müəllimlər də hesab edirlər ki, siniflərin birləşdirilməsi tədrisin keyfiyyətinə mənfi təsir edəcək.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar Təhsil Sektorundan isə bildirildi ki, qeyd olunan məktəbdə şagird sayı az olduğu üçün siniflər birləşdirilib. Çünki bununla bağlı Nazirlər Kabinetinin qərarı var.

“Hər hansı bir sinifdə 10 nəfərdən az şagird varsa, həmin sinif ibtidai təhsil səviyyəsində digər 10 nəfərdən aşağı şagird sayı olan siniflərlə komplektləşdirilə bilər. Daha doğrusu, komplektləşdirilir”, - deyə Qusar Təhsil Sektorunun aparıcı məsləhətçisi Samir Hümmətov bildirib.

S.Hümmətov, həmçinin səsləndirilən rüşvət iddiasının əsassız olduğunu deyib. Valideynlərin övladlarını məktəbə göndərməkdən imtina etməsi məsələsi barəsində tezliklə araşdırma aparılacaq.

Son xəbərlər

Hadisə
Bu gün, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Bu gün, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Bu gün, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Bu gün, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Bu gün, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Bu gün, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Bu gün, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Bu gün, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Bu gün, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Bu gün, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Dünən, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
17 oktyabr 2026, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
17 oktyabr 2026, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
17 oktyabr 2026, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
17 oktyabr 2026, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
17 oktyabr 2026, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
17 oktyabr 2026, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
17 oktyabr 2026, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
17 oktyabr 2026, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
17 oktyabr 2026, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
17 oktyabr 2026, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Oxşar xəbərlər