Qubanın Zərdabi qəsəbəsində aylardır ki, sakinlərin işıqlandırma ilə bağlı qarşılaşdıqları problem həllini tapmır.
Bir müddət öncə Shimal.News qəsəbədəki parkın işıqlandırılması ilə bağlı yaranan narazılığı gündəmə gətirib. Quba Rayon İcra Hakimiyyəti tərəfindən məsələnin araşdırılacağı bildirilib və texniki nasazlıq aradan qaldırıldıqdan sonra işıqlandırma bərpa edilib.
Məlum olub ki, təmir zamanı qısa qapanma baş verib. Nəticədə yollar qaranlığa qərq olub. Sakinlərin sözlərinə görə, bu günədək “gözdən pərdə asmaq” üçün yalnız qəsəbə girişində bir sıra dirəklərdə işıqlandırma var. Halbuki, qısaqapanmanı aradan qaldırmaq çətin məsələ deyil.
Daha ətraflı videoda:
View this post on Instagram