Bu gün Azərbaycan Milli Ordusunun əsgəri, şəhid Ramin Şövkət oğlu Abdulrəhimovun doğum günüdür.
Shimal.News xəbər verir ki, Ramin Abdulrəhimov 2000-ci il iyulun 24-də Quba rayonunun Qırmızı Qəsəbəsində dünyaya gəlib.
O, döyüş zamanı tək başına erməni postuna hücum edib və 2019-cu il sentyabrın 22-də cəbhəboyu zonada düşmən gülləsinə tuş gələrək şəhid olub.
Ramin Abdulrəhimovun nəşi iki gün sonra xəttindən götürülüb və dəfn edilib.