Bu gün əsgər Müşfiq Nəsirovun dünyaya göz açdığı gündür.
Shimal.News xəbər verir ki, Müşfiq Əjdər oğlu Nəsirov 4 sentyabr 2002-ci ildə Quba rayon, Suxtakələ kəndində anadan olub.
O, 2008-ci ildə Quba rayon Suxtakələ kənd ümumi orta məktəbinə gedib.
Ailənin ən kiçik övladı olan Müşfiq məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisasi üzrə birinci kursuna daxil olur.
2020-ci ilin oktyabrında hərbi xidmətə yollanan Müşfiq ailəsi ilə danışanda tez-tez hərbi xidməti başa vurduqdan sonra orada qalıb hərbçi olacağından bəhs edərmiş.
Müşfiq Nəsirov 21 dekabr 2021-ci ildə komandirinin döyüş təminati ilə bağlı tapşırığını icra edərkən qəhramancasına şəhadətə yüksəlir.
Onu da qeyd edək ki, Müşfiq 2022-ci ilin aprel ayında tərxis olunacaqdı.