Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Regional Travmatoloji Mərkəz yaradılıb. Bu haqda ShimalNews 25 noyabr tarixində məlumat verir.
Artıq Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonları əhalisinin ixtisaslaşdırılmış tibbi xidmətdən yararlanmaq imkanı var.
İndiyədək yalnız paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatların sözügedən mərkəzdə həyata keçirilməsinə başlanılıb.