Quba şəhərində yol infrastrukturu yenilənir.
Shimal.News xəbər verir ki, şəhərin Cəfər Cabbarlı və Əliqulu Nərimanov küçələrində afaltlanma işlərinə start verilib.
Asfaltlama ilə yanaşı, Cəfər Cabbarlı küçəsində yol kənarlarında piyadaların hərəkəti üçün səkilərin bərpası və yenidən qurulması işləri də aparılır.
Onu da qeyd edək ki, təmir işlərinin Heydər Əliyev prospekti, Səməd Vurğun küçəsi və digər ərazilərdə davam etdirilməsi planlaşdırılır.