Hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Shimal.News xəbər verir ki, Qubadan Xaçmazın Yergüc kəndinə (yeni körpüyə qədər) kimi yol buzludur. Aidiyyəti qurum tərəfindən profilaktik tədbirlər görülür, yola torpaq səpilir.
Sürücülər bildirirlər ki, 40-50 km/s sürətdən artıq hərəkət təhlükəlidir. Yolun digər hissələrində isə çətinlik yoxdur.