Bu gün şəhid Bəşir Nizami oğlu Abbasovun ad günüdür.
Shimal.News xəbər verir ki, Bəşir Abbasov 1998-ci il iyulun 22-də Quba rayonunda anadan olub.
O, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbçisi olub.
Bəşir Abbasov Vətən müharibəsinin iştirak edib və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. O, 2020-ci il oktyabrın 5-də Füzulinin Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.