top
Qara həsrət qalan Şəki
01 fevral 2025, 17:59
- ↺ +

Qara həsrət qalan Şəki

Ötən ilin noyabr ayından başlayaraq Şimal bölgəsində havanın qeyri-sabit keçməsi və günümüzə qədər davam etməsi ciddi iqlim dəyişmələrindən xəbər verir.

Bizim.Media-nın məlumatına görə, el arasında böyük çillə kimi qeyd edilən bu müddətdə Şimal-Qərbə nə yağış yağıb, nə də qar. Adətən dekabr yaxud yanvar ayında bölgənin əksər ərazilərinə 1-2 dəfə qar yağar, qış sərt üzünü göstərərdi.

AMEA Şəki Regional Elmi Mərkəzin coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev bu halı təsdiqləyib. O, qarşıdakı aylarda bu boşluğun aradan qalxacağına ümid olduğunu bildirib.

Qarın az olmasının kənd təsərrüfatına təsirləri

Ölkəmizin ən böyük aqrar rayonlarından olan Şəkidə əkin sahələri əsasən dəmyə (suvarılmayan - red.) torpaqlarda yerləşdiyindən yağıntılara, xüsusən də qar örtüyünə böyük ehtiyac duyulur. Aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev rayon əhalisinin əsas gəlir mənbəyinin taxılçılıq olduğunu, havaların isti və quraq keçməsi ilə siçanabənzər gəmiricilərin əkinlərdə çoxaldığını, lakin mübarizə tədbirlərinin də davam etdirildiyini bildirir.

KTN Aqrar Xidmətlər Agentliyi Bitki mühafizəsi və Fumiqasiya Mərkəzi, Şəki rayon mərkəzinin rəisi, Aqrar elmləri üzrə fəlsəfə doktoru Tələt Mehdiyev bildirir ki, Şəki böyük aqrar rayondur. 2025-ci ilin məhsulu üçün 2024-cü ilin payızında 69 mindən artıq sahədə payızlıq dənli bitkilər əkilib.

Səpin ərəfəsində düşən yanğıntılar nəticəsində normal bitiş alınıb. Lakin noyabr ayından bu günə qədər havanın quraq, əsasən də isti keçməsi sahələrdə taxılın inkişafının ləngiməsinə və eyni zamanda siçanabənzər gəmiricilərin aqressivliyinin artmasına, yeni populyasıyaların yaranmasına əlverişli şərait yaradıb.

Bununla bağlı Şəki rayon mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmiricilərə qarşı 36 min hektar sahədə fitosanitar müşahidələr aparılıb, 27 min hektarda sirayətlənmə aşkar edilib və büdcə vəsaiti hesabına 26 min hektar sahədə sikfosfit preparatı ilə fermerlər dərmanla təmin ediliblər:

“Payızdan bu günə qədər 15 min fermerə mərkəz tərəfindən xidmət göstərilib. Bu fermerlərə bir deyil, bir neçə dəfə dərman preparatı verilib, yəni əvvəllər siçanabənzər gəmiricilərə qarşı bir mübarizə tədbiri kifayət edirdi. Amma indi hava şəraitinin isti, sabit, quraq keçməsi təkrar-təkrar mübarizə aparılmasına gətirib çıxarıb” - deyən Aqrar elmləri üzrə fəlsəfə doktoru əsasən taxılçılıq və bağçılıq təsərrüfatlarında fəaliyyət göstərən fermerlərin qayğılarının artdığını və bununla əlaqədar mütəmadi görüşlər keçirildiyini, praktiki tədbirlər aparıldığını sözlərinə əlavə edir.

Rayonda bağçılıq təsərrüfatlarında hazırda budama-tarama işləri aparılır.

Yağıntıların növbəti aylara qalması isə gələcək məhsulların tumurcuq dövrünə düşə bilər ki, bu da meyvəçiliyə ciddi zərbə vura bilər. Bağçılıqla məşğul olan Etibar Nuriyev təsərrüfatında siçanabənzər gəmiricilərə qarşı dəfələrlə tədbir görməsinə baxmayaraq, hava şəraiti, qar və donmaların olmamasının bu istiqamətdə effektivliyi azaltdığını deyir.

Tələt Mehdiyev söhbət əsasında onu da diqqətə çatdırıb ki, bu ildən etibarən dincə qoyulmuş torpaqlara da subsidyaların verilməsinə başlanılacaq. Bu ilk növbədə gəmiricilərə qarşı ən təsirli vasitələrdən biri olacaq. Digər tərəfdən, dincə qoyulan torpaqlar gələcək məhsuldarlığın iki dəfə artmasına səbəb olacaq.

Son xəbərlər

Cəmiyyət
Dünən, 22:57

Qaxda qəzaların ünvanı olan kəsişməyə 4 yeni işıqfor quraşdırıldı

Hadisə
Dünən, 21:04

Təbiətə 226 min manata yaxın ziyan vurdular

Hadisə
Dünən, 19:32

Xaçmazlı kişi otaq yoldaşının kartından pul oğurladı, borcunu bağladı

Cəmiyyət
Dünən, 17:48

Balaca fidanlar Xudatda şəhidlərimizin xatirəsini anıb - VIDEO

Hadisə
Dünən, 16:43

Bakı–Quba yolunda yük avtomobili qəzaya düşüb

Cəmiyyət
Dünən, 16:19

Nazir Quba və Qusar sakinlərini qəbul edib

Hadisə
Dünən, 15:22

Magistral yolda düzülən iri daşlar qəzaya səbəb olub - VIDEO

Kriminal
Dünən, 14:55

Zaqatalada keçmiş məhkumda 1,5 kiloqram narkotik aşkarlanıb

Cəmiyyət
Dünən, 14:20

Payızda yollarda diqqətli olun – Sürücülərə və piyadalara xəbərdarlıq

Cəmiyyət
Dünən, 13:52

Qubada fövqəladə vəziyyətə hazırlıq təlimi keçirilib

İqtisadiyyat
Dünən, 13:15

Hərbçilərin maaşları orta hesabla 22,8 faiz artırılacaq

Cəmiyyət
Dünən, 12:30

Siyəzən–Şabran marşrutu ilə bağlı narazılıq: Sərnişinlər çarəsiz qalıb

Cəmiyyət
Dünən, 12:03

Müəllimlərin qarşılıqlı yerdəyişməsi ilə bağlı tarix açıqlandı

Faydalı
Dünən, 11:30

Qubanın dağlarında gizlənən kənd: Qəbələyə gedən dağ yolu

Cəmiyyət
Dünən, 11:11

Şimalda "Bir damla qan, min ümidə can" aksiyası

Hadisə
Dünən, 10:49

Xaçmazda həssas təbəqədən olan azyaşlı xilas edilib

Hadisə
Dünən, 09:44

Xaçmazda ot tayasında kişi meyiti aşkarlandı

Cəmiyyət
Dünən, 09:01

Qəbələdə Laza yarımstansiyası yenidən qurulur

İqtisadiyyat
24 sentyabr 2026, 18:00

Qubada yolların təmirinə 1,7 milyon manat xərclənəcək

Cəmiyyət
24 sentyabr 2026, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Hadisə
24 sentyabr 2026, 16:26

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Kriminal
24 sentyabr 2026, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
24 sentyabr 2026, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
24 sentyabr 2026, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Oxşar xəbərlər