Qadın şahmatçılardan ibarət Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçirilən dünya çempionatında ikinci pilləni tutub.
Shimal.News xəbər verir ki, bu, Azərbaycan yığmasının dünya çempionatında ilk vitse-çempionluğudur.
Ölkəmizi turnirdə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva (Qax rayonunun yetirməsi), Gülnar Məmmədova və Ayan Allahverdiyeva təmsil edib. Millinin kapitanı isə İlahə Qədimova olub.