Qəbələ rayonunun Bum qəsəbəsində yol-nəqliyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, Elvin Qasım oğlu Qasımovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin Cahid Mikayıl oğlu Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü və avtomobildə olan digər sərnişin Laçın İmam oğlu Mahmudov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.