Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə səhər saatlarında şəhər ərazisində baş verib.
Rəşan Zeynalovun idarə etdiyi "Hyundai" markalı avtomobillə piyadalar - İsmayıllı rayon sakinləri 62 yaşlı Yaqut Bəkirova və 29 yaşlı Günay Vahabzadəni vurub.
Xəsarət alan şəxslər rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.