Xaçmaz şəhərinin İzmaylovka yaşayış məntəqəsində, Ramin Sadıqov küçəsində antisanitar vəziyyət gündən-günə daha da ağırlaşır.
Bu barədə Shimal.News-a məlumat verən yerli sakinlər bildiriblər ki, onlar zibillik yaradan şəxslərin cəzalandırılmasını və nəzarətin gücləndirilməsini tələb edirlər.
Ərazidə zibil qutuları qoyulsa da, tullantıları küçənin kənarlarına atanlar az deyil. Xüsusilə Ramin Sadıqov küçəsinin Dağıstan küçəsi ilə kəsişdiyi hissə tam zibilxanaya çevrilib. Burada tikinti materiallarından tutmuş uşaq bezlərinə qədər hər cür məişət tullantısına rast gəlmək olur.
Ərazidə yaranan üfunət qoxusu həm sakinləri, həm də oradan keçən sürücüləri ciddi narahat edir.