Cəmil Habil oğlu Məmmədli 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda dünyaya gəlib.
Shimal.News xəbər verir ki, 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin Materialşünaslıq fakultəsində ali təhsil alıb.
2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra o, hərbi xidmətə yollanıb. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir.
Cəmil oktyabrın 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Dördçinar kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.
O, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.