Quba və Xaçmazda fövqəladə hallarla bağlı davranış qaydaları barədə tədbirlər keçirilib. Bu haqda ShimalNews 13 mart tarixində məlumat verir.
Görüşlər Alekseyevka kənd tam orta məktəbində və Xaçmaz şəhər 1 nömrəli tam orta məktəbində baş tutub. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.