Qusarın Əvəcuq kəndində illərdir yaşanan işıq problemi nəhayət həllini tapdı. Sakinlərə elektrik enerjisi artıq sovetdən qalma naqillərlə deyil, müasir və dayanıqlı sistem ilə nəql edilir.
Bizim.Media-nın məlumatına görə, icra başçısı Sahir Məmmədxanov və Azərişıq ASC-nin Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəsmiləri Əvəcuqda görülən işlərlə yerində tanış olublar.
Qusar icra başçısı Sahir Məmmədxanov görüş zamanı bildirib ki, əvvəllər işıq uzun müddət bərpa olunmazdı, artıq sistem operativ şəkildə işləyir. Bundan əvvəl bir kənddə işıq sönəndə 15 kənddə fasilələr yaranırdı, indi bu problem tədricən həll olunur.
Əvəcuqda yeni şəbəkə qurulub, 3 yeni transformator və yeni dayaqlar quraşdırılıb.