top
Döyülən şagirdin müəllimi danışdı - VİDEO
28 noyabr 2023, 10:20
- ↺ +

Döyülən şagirdin müəllimi danışdı - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev tərəfindən döyülən məktəblinin sinif rəhbərindən hadisənin necə baş verdiyi öyrənilib. Bu haqda ShimalNews 28 noyabr tarixində 7Times TV-yə istinadən xəbər verir.
Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 16 yaşlı Nizam Mirzəyev fiziki zorakılığa məruz qalıb. Şagirdin valideyni hadisədən sonra DİN-in 102 çağrı mərkəzinə müraciət edərək şikayət edib.
Şagirdin sinif rəhbəri Zenfira Hüseynova ilə əlaqə saxlayaraq, ondan baş verənlərin təfərrüatları öyrənilib. O, vəziyyətdən mütəəssir olduğunu bildirib:

“Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev hadisədən bir gün öncə də məktəbdə olub. Hadisə baş verən gün isə mən başqa sinifdə dərsdə idim. Döyülən şagird Nizam Mirzəyevin oxuduğu sinifdə həmin saat fizika dərsi tədris edilirdi. Rüfət Hacıyev həmin sinfə girib və dərs prosesini izləməyə başlayıb. Müəllimənin verdiyi suala cavab verən Nizam Mirzəyevin davranışları Rüfət Hacıyevi hiddətləndirib. Nizam qismən fiziki qüsurludur. Onun danışıq üslubu da bu səbəbdəndir. Rüfət Hacıyev şagirdin bu qüsurunun fərqinə varmadan sinif otağında onu döyməyə başlayıb. Daha sonra Rüfət Hacıyev həmin şagirdi direktorun otağına gətizdirib və həmin otaqda da onu yenidən döyüb. Biz hələ də şokdayıq, gözləmirdik ki, təhsilin başında oturan adam elə hərəkət etsin”.

Həmin məktəbin pedaqoji kollektivi məktəbə məsələ ilə bağlı müsahibə vermək istəyib. Lakin təhsil ocağına yaxınlaşan çəkiliş qrupu maraqlı mənzərə ilə qarşılaşıb.

Məktəbin inzibati binasının daxilində polis nəfərləri, ətrafında isə polis avtomobilləri növbə çəkirdi. Çəkiliş üçün müraciət edən müəllim kollektivi isə müsahibə vermək fikrindən daşındığını bildirib.

Bundan öncə, noyabrın 24-də - hadisə baş verərkən ShimalNews məlumat dərc etmişdi.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:57

Zaqatalada "Əfsanəvi Rembo"nun büstü ucaldılıb

Cəmiyyət
Dünən, 17:28

Zərdabidə şəhidlərin simaları işıqlandırılacaq - VİDEO

İqtisadiyyat
Dünən, 16:22

Qəbələdə Qaraçay "qara günə" qalıb – VİDEO

Hadisə
Dünən, 15:12

Quba sakini  dəm qazından boğularaq ölüb

İqtisadiyyat
Dünən, 14:06

Balın qiyməti "oynadı" – Şimal bölgəsində bazar göstəriciləri

Cəmiyyət
Dünən, 12:43

Quba-Xınalıq yolu buz bağlayıb

Cəmiyyət
Dünən, 12:12

Şəkiyə 33 santimetr qar yağıb – FAKTİKİ HAVA

İdman
Dünən, 12:02

Qusarlı idmançı Avrasiya çempionu olub - VİDEO

Hadisə
Dünən, 11:33

Qubadakı qəzada ölən və yaralananların kimliyi məlum olub – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 11:09

Məktəblərdə payız tətilinin vaxtı açıqlanıb

Hadisə
Dünən, 10:41

Xınalıq məktəbinin müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 10:30

Şabranın icra başçısı məhkəmədə qalib gəldi - 15 tonluq arpa qalmaqalı

Kriminal
Dünən, 09:42

Qaxda kişi fındıq üstə arvadını döyüb

İdman
09 noyabr 2026, 17:00

Şimalın 6 futbolçusu milliyə dəvət aldı

Hadisə
09 noyabr 2026, 16:00

Qubada qadının dələduzluq işi amnistiya ilə bitdi

Hadisə
09 noyabr 2026, 15:00

Qar səbəbindən Xınalıq yolu bağlanıb

Cəmiyyət
09 noyabr 2026, 14:00

Qusar məktəblisinin uğur kolleksiyası: 43 diplom, 7 medal

İdman
09 noyabr 2026, 13:00

"Şamaxı" 200-cü heç-heçəsinə imza atıb

Hadisə
09 noyabr 2026, 12:10

Qubalı iş adamına Moskvada qiyabi iş kəsildi

Cəmiyyət
09 noyabr 2026, 11:15

Şahdağda qar örtüyünün hündürlüyü 29 sm-dir

İdman
09 noyabr 2026, 10:26

Qubalı şəhidin anası futbol klubu yaratdı

Cəmiyyət
09 noyabr 2026, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
09 noyabr 2026, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Oxşar xəbərlər