Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirləndirilən keçmiş əməkdaşı Cavid Məmmədov azadlığa buraxılıb. Bu haqda ShimalNews 27 iyul tarixində Report-a istinadən məlumat verir.
Qərar Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan edilib.
Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı olan Cavid Məmmədov Rusiyaya 11.500 ABŞ dollarını keçirmək üçün İlham Əsgərovdan bir dəfə 600 manat pul alıb. Növbəti səfərdə isə eyni məbləğ üçün 400 manat rüşvət alıb.