top
Deputat: Şəki və Qaxın bir sıra yaşayış məntəqələri qazlaşdırılmayıb
19 noyabr 2025, 17:33
- +

Deputat: "Şəki və Qaxın bir sıra yaşayış məntəqələri qazlaşdırılmayıb"

Şəki rayonunun 20, Qax rayonunun isə 33 yaşayış məntəqəsi hələ də qazlaşdırılmayıb.

Report.az-ın məlumatına görə, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsi də bu il olduğu kimi ölkənin müdafiə qabliyyətinin artırılmasını, təhlükəsizlik təminatının yüksəldilməsini, Böyük Qayıdış prosesinin sürətləndirilməsi kontekstində postmüharibə dövrünün prioritetlərini lazımi şəkildə ifadə edir: "Bununla belə 2026-cı ilin büdcəsi 2025-ci ilin büdcəsindən bir sıra cəhətlərinə görə fərqlənir. Onların içərisində vacib hesab elədiyim bir məqamı qeyd eləmək istərdim. Dövlət Neft Fondundan transfertlərin azaldılması hesabına fövqəladə dərəcədə strateji, ciddi iqtisadi məsələdir və böyük perspektivləri var.

Son 10 ilin statistikasını götürəndə biz baxıb görürük ki, bir neçə dəfə buna cəhd olunub, növbəti illərdə bir müddətdən sonra yenə də Fonddan əlavə vəsaitin götürülməsi variantına keçirilib. Ona görə də bu dəfə həmin prosesə dönməz xarakter verməkdən ötrü 2025-ci ildə 14,5 milyard manatdan 2026-cı ildə 13,8 milyard manata, 2029-cu ildə isə 10,2 milyard manata düşmə istiqamətində transfertin azaldılması üçün hesab edirəm ki, bir-biri ilə əlaqələndirilmiş iqtisadi, institusional, struktur və hüquqi islahatların həyata keçirilməsi və büdcə zərfində nəzərdə tutulan tədbirlərin dolğun şəkildə həyata keçirilməsi üçün monitar, fiskal və stimullaşdırıcı siyasətin effektiv kombinasiyasına nail olmaq lazımdır. Hesab edirəm ki, bu istiqamətdə addımlar atılacaq".

"​İkinci vacib hesab elədiyim məsələ isə ondan ibarətdir ki, noyabrın 12-də ölkə Prezidenti yeni təyin olunmuş icra başçılarını qəbul edən zaman yerlərə münasibətdə iqtisadi, sosial və ekoloji amillərin bir-biri ilə vəhdətdə götürülməsi məsələsi kimi çox aktual bir məsələni qaldırdı, qeyd etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlərin həllini sürətləndirmək lazımdır. ​Burada işsizliyin aradan qaldırılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı mən deyərdim ki, vacib hesab olunan bir məsələni, deməli, ekologiya məsələlərinə diqqətin artırılması məsələsini qoydu. Mən bunu çox müsbət qiymətləndirirəm", - deyə deputat əlavə edib.

Bundan başqa, o deyib ki, dövlət başçısının sərəncamı ilə Qaxda İlisu Milli Parkı yaradılır: "Mən hesab edirəm ki, çox möhtəşəm hadisə, unikal bir milli park olacaq. ​Ona görə də hörmətli Baş nazirin burada olmasından istifadə eləyərək məsələ qaldırıram ki, İlisu parkının olduğu kənd də daxil olmaqla bütün kəndlərin qazlaşdırılması nöqteyi-nəzərindən addımların atılması, yeni iş yerlərinin açılması, çox dəyərli tarixi-mədəni abidələrin bərpası və sair bu kimi mövcud problemlərin həlli istiqamətində sistemli işlər həyata keçirilsin. Bunu çox vacib hesab edirəm və inanıram ki, bu istiqamətdə addımlar atılacaq".

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:00

"Yengicə" və "Əlicançay" su anbarlarının tikintisinin başa çatacağı vaxt açıqlanıb

Bütün xəbərlər
Dünən, 18:30

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 18:00

Həmkəndlilərin davası ölümlə bitdi

Bütün xəbərlər
Dünən, 17:11

Xaçmazda təhlükəli körpünün çatlarına yamaq vuruldu - VİDEO

Bütün xəbərlər
Dünən, 16:27

Qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı

Bütün xəbərlər
Dünən, 15:30

Şəkidə 1850 hektar tütün əkiləcək

Bütün xəbərlər
Dünən, 14:31

"Qəbələ" təmsilçisinə şans verildi

Bütün xəbərlər
Dünən, 13:33

Qusar məhkəməsində qeyri-adi qərar

Bütün xəbərlər
Dünən, 12:35

Qəbələ və Gəncədən şad xəbər: yeni qatar xətti istifadəyə verildi

Bütün xəbərlər
Dünən, 11:58

"Şəki" basketbolçusu ilə vidalaşdı

Bütün xəbərlər
Dünən, 11:01

Qubada bu yolda cərimələnə bilərsiniz - VİDEO

Bütün xəbərlər
Dünən, 10:00

Gənc oğlanın ölümünə səbəb olan sərxoş sürücüyə AĞIR CƏZA

Bütün xəbərlər
Dünən, 09:25

Xaçmazda kişini qatar vuraraq öldürüb

Cəmiyyət
10 yanvar 2026, 17:45

Qaxda qeyri-adi heyvan - VİDEO

İdman
10 yanvar 2026, 16:58

"Qəbələ" "Kəpəz"i məğlub edib

Cəmiyyət
10 yanvar 2026, 16:32

Azərsu Xudatın bu küçəsini susuzluğa məhkum edib - ŞİKAYƏT

Cəmiyyət
10 yanvar 2026, 15:20

Görmə problemi olan gəncin hərbi xidmətə çağırışı ləğv olundu

Hadisə
10 yanvar 2026, 14:31

Zaqatalada iki minik avtomobili toqquşdu, xəsarət alanlar var

Bütün xəbərlər
10 yanvar 2026, 14:10

Sabah milli parklarda "Açıq qapı" günü keçiriləcək

Faydalı
10 yanvar 2026, 13:30

Şamaxıdan Bakıya uzanan memarlıq yolu: Zivər bəy Əhmədbəyov

Bütün xəbərlər
10 yanvar 2026, 12:51

Xınalıq, Qrız, Qusar və Şahdağa qar yağır

Cəmiyyət
10 yanvar 2026, 12:15

Xaçmazlı şəhid Ceyhun Şıxəliyevin xatirəsi anılır

Bütün xəbərlər
10 yanvar 2026, 11:30

Magistraturaya qəbul üçün sınaq imtahanının tarixi açıqlanıb

İqtisadiyyat
10 yanvar 2026, 10:51

Şamaxı və Göyçayda heyvan satışı bazarları açılıb

Oxşar xəbərlər