Qubanın Alekseyevka kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, ara məsafəsi saxlamayan “Mercedes” markalı avtomobil “Toyota Prius”a çırpılıb.
Şahidlərin sözlərinə görə, qəza “Prius”un piyada zolağından keçən adama yol verdiyi zaman baş verib. Xəsarət alan olmayıb.