"Xaçmaz Store" mağazasında qanun pozuntusu aşkar edilib. Bu haqda ShimalNews 13 iyul tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir.
Monitorinq Armudpadar kəndində yerləşən ticarət müəssisəsində aparılıb. Yoxlama nəticəsində adıçəkilən mağazada obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi müəyyən edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.