Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror əməliyyatından iki il keçir.
Shimal.News xəbər verir ki, 19 sentyabr 2023-cü ildə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də əvvəlcədən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıblar.
Düşmənin ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı.
Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin ümumilikdə 192, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının isə 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb. Terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki şəxs həlak olub.
Allah şəhidlərimizə rəhmət etsin!