top
Alt paltarı ilə niyyət, məzar daşında yatmaq – “Dəli Piri”dən REPORTAJ
22 yanvar 2025, 13:05
- ↺ +

Alt paltarı ilə niyyət, məzar daşında yatmaq – “Dəli Piri”dən REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Alt paltarımızı asmağımıza səbəb bədənimizə dəyməsidir. Bizə xeyir gətirsin”.

Bu sözləri Shimal.News-a övlad sahibi olmaq üçün “Dəli Piri”nə pənah gətirən ziyarətçi Nigar Həsənova deyir.

Xaçmaz rayonu. Vələmir kəndi. Dəli Piri...

Həyatda insanlar müxtəlif çətinliklərlə qarşılaşırlar. Kimisi xəstəsinə şəfa diləyir, kimisi də övlad sahibi olmaq arzusundadır. Bəziləri ailə qurmaq, bəziləri də maddi çətinlikdən azad olmaq istəyir.

Dünya görüşü və həyata baxışından asılı olaraq insanlar bu çətinliklərin  öhdəsindən gəlmək üçün müxtəlif yollara əl atırlar. Elə həmin çıxış yollarından biri də biri də pirlərdir.

Keçmişdən bu günə kimi təbiət elementlərinə inam qalmaqdadır. 7 əsrlik tarixi olduğu deyilən, yerli sakinlərin müxtəlif cür adlandırdığı, inam yerinə çevrilən Xaçmazdakı “Dəli Piri” də bu qəbildəndir.

Biz də xaçmazlıların “Ələddinin sehirli çırağı”dakı kimi arzuları reallaşdırdığına inandığı məkana üz tutduq.

***

Yerli əhali Şeyx Ömər Baba adlı şəxsin və Şeyx nəslindən olan daha iki nəfərin məzarının yerləşdiyi ərazini pir adlandırır.

Pir Xaçmazın yaşıl rəngi bütün çalarları ilə özündə bütünləşdirən meşəlik ərazisində yerləşir. Bura gələn ziyarətçilər ilk olaraq “Şıx Ömər baba”nın məzarını ziyarət edirlər. Daha sonra niyyət ağacına yaxınlaşırlar. Niyyət etdikdən sonra geyimlərindən bir parça kəsərək ağaca bağlayırlar. Bu niyyət ağacının ətrafında 3 dövrə vuraraq dualar edir, ayinlərini tamamlamış olurlar.

Pirdə fərqli rituallar da icra edilir. Məsələn, beşik formasında parçanı ağaca bağlayaraq uşaq arzulayırlar. Şəfa verəcəyinə inandıqları daşı bel nahiyələrinə çəkirlər.

Pirin yaranması...

Buranın “Dəli piri” kimi tanınmağının səbəbi pirə gətirilən əl-qolu bağlı bir gəncin əhvalatı ilə bağlıdır. Deyilənə görə, gəncin ciddi psixi problemləri olub və cəmi bir gecə buradakı məzarın yanında yatmaqla şəfa tapıb, sağalıb. Əhali inanır ki, bu pirin ən böyük özəlliyi psixi xəstələrə şəfa verməsidir. Xaçmaz-Xudat zonasında yaşayan dindarlar xəstələri sağaltmaq üçün tez-tez buraya gətirirlər.

Pirə nəyinki regionlardan, Bakıdan, Rusiyadan, hətta Dağıstandan belə gələrək şəfa diləyib, iman gətirənlər var.

Alt paltarını asıb, şəfa istəyənlər...

Ağac budaqlarının üzərində, altında, yaxınlığında çoxsaylı maykalar, yaylıq və alt paltarlarına rast gəldik. Maraqlısı da budur. Gələnlər alt geyimlərini asaraq niyyət edirlər.

“Əsas” ağacın altında Şeyx Ömər Babanın məzarı yerləşir. Dilək diləyərkən həmin əşyaları ağacın budaqlarına ilişdirib gedirlər.

Xüsusi günlər...

İlk dəfə ziyarətə gəldiyimiz və bura haqqında tam məlumatlı olmadığımız üçün pirin təmizliyindən məsul olan şəxsdən məlumatları əldə etməyə çalışırıq. Nəzarətçinin dediyinə görə, insanlar üç dəfə ağacın başına fırlanıb, məzar daşlarına hörmət əlaməti olaraq təzim edib, öpməli, daha sonra isə niyyət etdikləri əskini, alt paltarını ağacdan asmalıdırlar.

Özünü pirin nəzarətçisi kimi tanıdan İsgəndər isə deyir ki, insanlar daha çox həftənin çərşənbə və şənbə günləri ziyarətə gəlirlər:

“Şeyx Ömər Baba və ailəsi İrandan gəlib, qardaşları ilə bərabər burada yaşayıb. Kənd camaatı deyir ki, qardaşlar istər yaşadıqları dövrdə, istərsə də vəfat etdikdən sonra sadə insanların arxa-dayağı olublar. Ən azından sadə adamlar onlardan mənəvi qida alıb. İnsanlar ziyarətgahları özlərinə görünməz arxa-dayaq bilir”.

Deyilənə görə, ziyarətgaha gələn insan elə olub ki, bir başqasının niyyət etdiyi paltarı da götürüb gedib.

Pirə əl uzadanın ağzı-burnu əyilib...

“Dəli Piri” haqqında dildən-dilə dolaşan rəvayətlər olduqca çoxdur. Bu rəvayətlərdən biri də Xaçmaz rayon Partiya Komitəsinin Birinci katibinin ağzının əyilməsi ilə bağlıdır.

Belə ki, 1970-ci illərdə həmin katibin göstərişi ilə Şeyx Ömər Babanın ziyarətgahına aparan yolda köndələn xəndək qazılır ki, ziyarətçilər keçib gedə bilməsinlər. Həmçinin, pirdəki qab-qacaq yük maşınına yüklənərək, oradan aparılır.

Elə həmin gecə bu göstərişə görə katibin ağzı əyilib. Həkimlər çox müalicə etsələr də, faydası olmayıb. Əlacsız qalıb, Vələmir kəndinə, Ömər Babanın nəslindən olan Məhəmməd kişinin evinə üz tutub. Katib ondan üzr istəyərək, ağzının düzəlməsi üçün dua etməsini istəyib.

Məhəmməd kişi babalarından qalan əsanı onun üzünə sürtüb və ziyarətə aparıb. Nəhayət, pirdəki hər şeyi yerinə qaytardıqdan və yolu düzəltdikdən sonra katibin ağzı düzəlib.

***

Ziyarətçilər o qədər böyük inacla bura gəlirlər ki, illərlə övladı olmayanlar valideyn olmağı bu pirlə əlaqələndirirlər.

Elə bizlə bərabər piri ziyarət edib, arzu tutan Nigar Həsənova da övladının dünyaya gəlməsinə pirin səbəb olduğuna inanır:

“5 il idi ki, övladım olmurdu. Qayınanam deyirdi ki, belə bir yer var, gedib ziyarət edək. Bura gəlib ziyarət edəndən sonra Allah duamı qəbul etdi. 5-6 ay sonra hamilə qaldım.

Övlad istəyənlər bura gəlib parçadan beşik forma düzəldib ağaca asırlar. Əgər beşik yellənirsə, tezliklə həmin şəxsin övladı olacaq. Amma əsmirsə, demək olar ki, ümid yoxdur”.

Bu dəfə qardaşı üçün niyyət etməyə gələn Nigar xanım inanclı insanlara pirin kömək olduğunu deyir:

“Bu dəfə qardaşım üçün niyyət etməyə gəlmişəm. Beşik formalı parçanı ağacdan asdıq. Bura inanc var. Minlərlə adam gəlir, niyyəti qəbul olanlar qurban kəsirlər”.

Ziyarətçiləri arasında olan Gülşən xanımın isə bura gəlişi sağlamlığı ilə bağlıdır. O, pirlə bağlı məlumatı isə bacılarından eşidib. Şəfa tapacağına ümid edərək paytaxtdan bura qədər məsafə qət edib:

“Bir ilə yaxındır ki, ayaq ağrılarından əziyyət çəkirəm. Bacımgili ziyarət etmək üçün kəndə gəldim. Ağrılarımdan xəbər tutub, məni bura gətirdilər. Bacılarım 1-2 dəfə gəlib, xeyir tapıblar.

Niyyət tutursan, əynindəki paltardan parça kəsib ağaca bağlayırsan. Bununla da bütün xeyir sənə gəlir”.

Pir xidmətçisi Mina Mahmudova isə ağacdan paltar asmağın mənasını izah edib:

“Övliyaların nəslindənəm. Ziyarətçilərə kömək edirəm. Onlara burdakı müqəddəs sudan verirəm. Qayınatam, qayınanam danışır ki, bu pir 7-ci əsrdən qalıb. Ruhi, əsəbi xəstələr gəlib, burada yatırlar. Durandan sonra sağalıb gedirlər. Uşağı olmayanlar gəlib övlad sahibi olurlar.

Burda paltar asmağın mənası isə odur ki, bədəninə dəyib, burdan asır və şəfa gəlir”.

İlahiyyatçıların bir qismi pirlərə getməyi dini baxımdan düzgün hesab etməsə də, bəziləri pir və ocaqları ziyarət etməyin İslama zidd olmadığını deyir.

Bəlkə də piri, ocaqları bəzi insanlar umacaq yerinə çevirir. İnamla pənah aparır ora. Tibb elmi isə deyir ki, insanlar ürəkdən inandığı nəsnələrə beyin psixoloji olaraq hazırlanır. Nəhayət bu arzular reallığa çevrilir. Yəni ocaqlara, pirlərə üz tutan adamların da illərlə şüurunda bəslədiyi arzular nə vaxtsa gerçəkləşəndə səbəbini möcüzədə axtarırlar.

Bu da belə... Kim nəyə, necə inanır bu azad seçimdir, əlbəttə. Təki gözəl arzular, istəklər çin olsun.

 

Fidan İlqar


Son xəbərlər

Hadisə
Dünən, 22:00

Şamaxıda azyaşlı ağır xəsarət alıb

Cəmiyyət
Dünən, 18:00

Qusarda ictimai nəqliyyatın acınacaqlı vəziyyəti: Səhər dolu avtobus, axşam nəqliyyatsız kəndlər

Cəmiyyət
Dünən, 17:11

Şimalda güclü külək əsəcək

Cəmiyyət
Dünən, 16:19

350 manat yığdılar, çalalar yenə qaldı: şimal rayonlarının yol dərdi

Cəmiyyət
Dünən, 15:40

Ağsuda məktəblər təmir gözləyir, kəndlər su: deputat problemləri sadaladı

Hadisə
Dünən, 15:00

2 aydan çoxdur həbsdədirlər: Şimali Kiprdəki 3 azərbaycanlının taleyi necə olacaq?

Cəmiyyət
Dünən, 14:20

Quba məktəbliləri turnirlərdən medallarla qayıtdılar

Cəmiyyət
Dünən, 13:27

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 12:34

Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib

Hadisə
Dünən, 11:50

Qusar-Həzrə yolunda uçurum təhlükəsi

Hadisə
Dünən, 10:50

Qubadakı qəzada həyatını itirən Fəqan tələbə imiş

Hadisə
Dünən, 09:56

Ağsuda avtomobil piyadanı vurdu: 69 yaşlı kişi öldü

Faydalı
Dünən, 09:05

Qəbələnin ən böyük 5 yaşayış məntəqəsi - hansında daha çox insan yaşayır?

Cəmiyyət
12 noyabr 2026, 17:57

Qazsız qalan sakinlər evlərini tərk edirlər

Hadisə
12 noyabr 2026, 17:18

Şamaxıda 1 milyon manatlıq mübahisə: sakindən xəbərsiz obyektini sökdülər

Faydalı
12 noyabr 2026, 16:18

Qəbələ Aviasiya Təlim Mərkəzinə yeni təyyarələr gətiriləcək

Cəmiyyət
12 noyabr 2026, 15:18

Qəbələdəki arxeoloji tədqiqatlar beynəlxalq konfransda təqdim olunub

Kriminal
12 noyabr 2026, 14:51

Şəkidə 100-150 yaşında olan ağaclar kəsilib - VİDEO

Hadisə
12 noyabr 2026, 13:35

Oğuzda iki avtomobil toqquşub

İqtisadiyyat
12 noyabr 2026, 13:27

Şimal bölgəsinin bu kəndlərində işləyənlərə əlavə əməkhaqqı veriləcək

Hadisə
12 noyabr 2026, 12:30

Qubada qəbiristanlıqda meyit tapıldı

Cəmiyyət
12 noyabr 2026, 12:08

Qubada şagirdlər dərsdə donurlar - Kombi işləmir

Hadisə
12 noyabr 2026, 11:15

Xaçmazda qəza: maşın ağacları və dirəkləri aşırdı

Hadisə
12 noyabr 2026, 10:31

Xudatda maşın alışıb yandı

Oxşar xəbərlər