Xəzər dənizinin Nabran ərazisində olan hissəsində təmizlik aksiyası təşkil edilib. Bu barədə ShimalNews 27 may tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.
Sahil zolağı boyunca təşkil edilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, yerli icra nümayəndələri və bələdiyyələr, eləcə də gənc könüllülər aktiv iştirak ediblər. Onlar dəniz kənarını plastik və digər tullantılardan təmizləyiblər.
Aksiyanın əsas məqsədi dənizin və sahilyanı ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.