Şıxlar kəndi Xaçmaz rayonunun mərkəzindən 15 kilometr məsafədə, Samur-Dəvəçi ovalığında yerləşir.
Kəndin adı ərəb mənşəlidir və “şeyx” mənasını ifadə edir. Kəndin adı keçmişdə “Şeyxlər” olub. Bu, Suriyanın indiki paytaxtı Şam şəhərindən Qafqaza gələn və İslam dinini yayan sufi təriqət başçılarının “şeyxlər” adlanması ilə bağlıdır.
Həmçinin “şeyx” sözü “yaşlı adam, qoca” anlamındadır. Azərbaycan ədəbiyyatında isə “şeyx” sözü hörmətli adama müraciət məqsədi ilə işlənmişdir. Nəticədə Şıxlar kəndinin adı “şeyxlərə məxsus, şeyxlər yaşayan yer”, “şeyxlərin nəsli”, “şeyxlərin dəfn olduğu yer” mənasını daşıyır.
Şıxlar kəndi qədim tarixə malikdir. Burada qədim qəbiristanlıq, XV əsrə aid Yusif türbəsi, XIX əsrə aid Altıüzlü türbə, XIV-XVI əsrlərə aid Şıxlar kənd məscidi var.
1915-ci ildə aparılan əhalinin siyahıyaalınması məlumatına əsasən, kənddə 63 nəfər yaşayırdı. 2009-cu ildə isə əhalinin sayı 363 nəfər olub.
İstinad edilən mənbələr: