Quba şəhərinin 43 kilometr cənub-qərbində dəniz səviyyəsindən 1 643 metr yüksəklikdə yerləşən Cek kəndi haqqında “Kəndinə qayıt” verilişinin yeni buraxılışı təqdim olunub.
Baku TV-nin məlumatına görə, kənddə 200 nəfərə yaxın Şahdağ xalqlarının nümayəndəsi olan ceklər yaşayır. Tarixən köç həyat tərzi keçirən kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olub.
Kənddə məskunlaşan əhalinin böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur.
Cek kəndində niyə üçhərfli sözlərlə danışırlar? Bəs əvvəllər bu kəndə gələnlərin güdülməsinin səbəbi nə olub?
Daha ətraflı videomaterialı təqdim edirik: