top
Xaçmazlı gəlinə həsr olunan Dağlar qızı Reyhan mahnısı
09 oktyabr 2021, 18:00
- +

Xaçmazlı gəlinə həsr olunan "Dağlar qızı Reyhan" mahnısı

1989-cu ildə Zeynəb Xanlarova ABŞ-da konsert verən zaman "Dağlar qızı Reyhan" mahnısı amerikalılar tərəfindən böyük maraqla qarşılanır və mahnı yenidən səsləndirilir. Sonradan məlum olub ki, amerikalılar mahnıdakı Reyhan sözünü "Reyqan" başa düşüblər və Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqana həsr olunduğunu güman ediblər.

Bu mahnının hekayəsi 1918-ci ilin Mart soyqırımı ilə əlaqəlidir. Soyqırım zamanı erməni daşnakları azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazın Padar kəndindən olan Reyhan adlı gəlin isə qaçıb gizlənmişdir.

Sonradan Reyhan başına dəstə yığaraq Qubada "Gəlinqaya" adlandırılan yerdə erməniləri darmadağın edir. O, 1928-ci ildə ermənilər tərəfindən güllələnməyə məhkum edilir. Lakin onu ölümdən Mir Cəfər Bağırov xilas edir. Ad və soyadı dəyişdirilərək, gizli şəkildə Krımda monastıra yerləşdirilir.

Əsərin sözlərini yazmaq şair Tələt Eyyubova tapşırılır. 1950-ci illərdə isə bəstəkar Fikrət Əmirov bu qəhrəman qıza həsr olunan "Dağlar qızı Reyhan" şeirinə musiqi bəstələyib. Onlar biryerdə "Reyhan" mahnısı üzərində çalışıblar.

Mahnını ilk dəfə 1960-cı ildə SSRİ Xalq artisti Rəşid Behbudov ifa edib. 1965-ci ildə isə müğənni Flora Kərimova "Reyhan" mahnısını ifa edən ilk qadın ifaçı olub. Lakin mahnı 1966-cı ildə Xalq artisti Zeynəb Xanlarovanın ifasında məşhurlaşıb.

1968-ci ildə Türkiyədə "Reyhan - Dağlar kızı" filmi də çəkilib. Filmdə Reyhan obrazını türk aktrisası Filiz Akın ifa edib. "Reyhan" mahnısı bu filmdə də səsləndirilib.

2018-ci ildə çəkilən türk "Şahsiyet" serialının sonuncu seriasında bu mahnı türk dilində səslənmişdir.

Mənbələr: 


  1. https://edebiyyat.az/musiqi/647-daglar-qizi-reyhan.html

  2. http://qadinla.com/heyat-terzi/maraqli/103157-mahninin-yaranma-tarixchesi-daglar-qizi-reyhan-.html

  3. https://web.archive.org/web/20210112010021/https://qaziler.az/news.php?id=44192#.X_z0rX3sSUl

  4.  https://sitat.news/daglar-qizi-reyhan-mahnisinin-tarixi

  5. https://www.youtube.com/watch?v=LhPFatWEJkE

  6. https://oxu.az/society/329455

  7. https://www.youtube.com/watch?v=8h_u23zyiFg


 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər