top
Qusarın Gədəzeyxur kəndi
26 iyul 2022, 13:00
- +

Qusarın Gədəzeyxur kəndi

Gədəzeyxur kəndi Qusar rayonunun mərkəzindən 8 kilometr şimalda, Qusar maili düzənliyində yerləşir.

Gədəzeyxur toponimi “gədə”, “zey” və “xur (xür)” sözlərindən ibarətdir. Ləzgi dilindən tərcümədə “gədə” - “çubuqdan hörülmüş alaçıq”, “xur (xür)” - “kənd”, “zeyxur” sözü isə “yeni kənd” deməkdir. Beləliklə, “gədəzeyxur” toponimi - “çubuqdan hörülmüş alaçıqları olan yeni kənd” mənasını daşıyır.

İlk dəfə kənd Verdixanpel adlı təpədə salınıb. Lakin orta əsrlərdə bu kənd müəyyən səbəblərdən dağılmışdır. Kəndin ərazisində üç kənd olub. Birinci kənd Şamilanpel (Şamil tə­pəsi) adlı yerdə aşkar edilmişdir və IV-VI əsrlərə aiddir. İkinci kənd Mahmudanpel (Mahmud təpəsi) təpəsində yerləşmişdir və IV-VIII əsrləri əhatə edir. Üçüncü kənd indiki Qazixanpel adlı yerdə salınıb və XVIII əsrdə dağı­dılmışdır. Bu kəndin əhalisi XVIII əsrlərdə Nadir şaha və rus qoşunlarına qarşı döyüşmüşdür.

Gədəzeyxur kəndi indiki yerdə XIX əsrin əvvəllərində Dağıstandan olan Məhərrəmkənddən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Deyilənə görə, kəndin adı gədə (qada) adlı tayfanın adı ilə də əlaqələnir. Lakin bu ərazidə belə bir tayfanın olması tarixi mənbələrdə təsdiqlənmir.

Kəndin əhalisi, həmçinin 1918-ci ildə erməni daşnaklarına qarşı mübarizədə iştirak etmişdir. Rus yazıçısı Vladimir Dal gədəzeyxurlu qaçaq Həsən haqqında “Ləzgi Həsən” adlı povest yazmışdır.

2018-ci ilin məlumatına əsasən, kəndin əhalisinin sayı 2700 nəfər idi. Əhali, əsasən, heyvandarlıq, arıçılıq, əkinçilik, bağçılıq, tərəvəzçilik və bostançılıqla məşğul olur.

 

 

İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.


 

 

 

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər