top
Qusarda monqolların yürüşü nəticəsində dağıdılan Əniq qalası
18 avqust 2021, 13:19
- +

Qusarda monqolların yürüşü nəticəsində dağıdılan Əniq qalası

Əniq (Enıq) qalası Qusar rayonunun mərkəzindən 18-20 km məsafədə olan Əniğ (Əniq) kəndində, Qusarçayın sağ sahilində, yerləşir. Qala təxminən IX-XIV əsrlərə aid edilir. 1960-ci illərdə burada aşkar edilən qab qalıqları, silahlar və gümüş əşyalar bunu sübut edir.

Yerli əfsanəyə görə, qalanın adı Enıx adlı hökmdarın adından götürülmüşdür. Əniq qalasının içində, keçmişdə, yaşayış məntəqəsi yerləşmişdir. Bu məntəqənin adı haqqında məlumat yoxdur, lakin, ərəb müəlliflərinin qeyd etdiyi Abhaz şəhəri bu qalanın yerləşdiyi əraziyə ən çox uyğun gəlir.

XIV əsrin gürcü "Xronoqrafı"nın məlumatına əsasən 1288-ci ildə Monqol hökmdarı Arqun xanın yürüşü zamanı Anik adlı qala dağıdılmışdır. Ehtimal olunur ki, bu, Əniq qalası idi. Bir müddət sonra ətraf ərazilərdən gələn sakinlər burada məskunlaşaraq kənd qurmuşdular. Qalanın divarlarının bir hissəsi kəndin tikilməsi zamanı dağıdılmışdır və onun daşları tikinti materialları kimi istifadə olunmuşdur.

Qalanın iki hissəsi bu günə kimi çatıb. Birinci qalıq 15-16 metr uzunluğunda divarın bir hissəsidir. İkinci qalıq isə qala darvazasıdır. Divarın qalıqları ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

Salavat dağ keçidini nəzarət altında saxlayan Əniq qalası dəniz səviyyəsindən 1100 m hündürlükdə, təpə üzərində yerləşir. O, bir tərəfdən Qusarçayın sürətli axan suları və qayaları ilə, digər tərəfdən isə dağlarla əhatə olunduğuna görə strateji cəhətdən əhəmiyyətli idi.

Mənbələr:


  1. C. Ə. Xəlilov. Enıx qalası. Azərbaycan SSR EAM. XVIII c. 1962, № 4.

  2. М. ДЖ. Халилов. Уточнение даты взятия и разрушения крепости Аниг. (Тезисы докладов Первой научной конференции "История лезгин". Баку,1993

  3. Azərbaycan arxeoloqiyası orta əslər VI cild, 2008.


 

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər