top
Qusarda Lermontovun xatirəsi: şair burada qarşılıqsız sevgi yaşayıb
09 avqust 2021, 17:54
- +

Qusarda Lermontovun xatirəsi: şair burada qarşılıqsız sevgi yaşayıb

Qusar rayonunun Fəxrəddin Musaev küçəsində (keçmiş Lenin küçəsi) bir ev-muzeyi yerləşir. Bu evdə 1837-ci ildə bir müddət məhşur rus şairi Mixail Yuryeviç Lermontov yaşamışdır. Şair monarxiya əleyhinə çıxışlarına görə Qafqazda xidmət etməyə sürgün edilmişdir.

Çoxları buranı ev-muzeyi kimi tanısa da, bu ev şəxsi mülkiyyətdir və buranı ziyarət etmək yalnız sahibinin icazəsi ilə mümkündür. Mənzilin şairin rəsmi ev-muzeyi kimi fəaliyyət göstərə bilməməsinin səbəbi isə, burada şairə məxsus əşyaların kifayət qədər olmamasıdır. Şairin azsaylı əşyaları isə Qusar Tarix-Diyarşünaslıq muzeyində saxlanılır.

Azərbaycanlı jurnalist Faiq Zəkiyev yazılarında keçən əsrin 50-ci illərində Qusarda, Qafqaz müharibəsi veteranlarının bəzilərinin nəsillərini tapdığını təsvir edirdi. Onların əksəriyyəti Lermontovun bir müddət Qusarda yaşadığını təstiqləyirdilər. Yerli ağsaqqalların bir əfsanəsi var idi: bir gün Lermontov burada qonşu qızı - qara gözlü Zöhrəyə qarşılıqsız vurulur. Əfsanəyə görə, şair "Xəncər" şeirində Zöhrəyə olan sevgisindən yazır.

Şair məktub və əsərlərində Qusardan bəhs etmir. Ancaq, Qubadan danışarkən Qusarı nəzərdə tutduğu haqqında bir versiya var. Bunun təsdiqinə 1848-ci ilin "Qafqaz təqvimi" ndə rast gəlmək olar ki, burada Qusarın o dövrlərdə adının - Yeni Quba qalası olduğu göstərilmişdir.

Lermontov Qusarda, tanışı (bəzi mənbələrə görə qohumu), hərbi həkim, polkovnik-leytenant Aleksandr Aleksandroviç Marşevin evində yaşayıb. Onun Qusar şəhərində yaşaması xatirəsinə 1970-ci illərdə, evin qabağında şairin barelyefini əks etdirən ağ stela və xatirə lövhəsi qoyulmuşdur. Xatirə lövhəsində şairin şeirindən misralar yazılıb:

"Salamlayıram səni, ağsaçlı Qafqaz! Dağlarına mən qərib səyyah deyiləm ...."

 Mənbələr:


  1. ОЧМАН А. Лермонтовское притяжение. Пятигорск 2014. Стр. 34

  2. БУЛАНОВА О. К 200-летию со дня рождения М.Ю. Лермонтова Эхо.- 2014.- 19 апреля.- С.- 10

  3. Новый часовой No 8-9. Санкт-Петербург 1999. Стр. 23

  4. https://sputnik.az/life/20180930/417247828/qusarda-yashamish-rus-shairi-lermontovun-ev-muzeyi.html


 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər