top
Qusarın Zuxul kəndinin tarixi
02 noyabr 2021, 18:30
- +

Qusarın Zuxul kəndinin tarixi

Zuxul kəndi Qusar rayonunun mərkəzindən 83 kilometr şimal-qərbdə, Samur çayının sol sahilində yerləşir.

Zuxul kəndinin ilk məskəni, qədim dövrlərdə "Pazu" (Razi) adlanan yer olmuşdur. Sonralar kənd əhalisi oradan "Yaran kunt" adlı təpəyə köçmüşdür. Bu təpə qədim zamanlarda əhali üçün müşahidə məntəqəsi rolunu oynamışdır.

Zuxul kəndindəki üçmərtəbəli qəbiristanlığın izləri Qafqaz Albaniyası dövrünə aid edilir.

Zuxul kəndində, bulaq başında "Cavanlar piri" yerləşir. Onun tarixi xəzərlərin (qədim türk tayfaları) hücumları dövrünə aiddir.

Kənd bir zamanlar öz məscidi ilə tanınırdı. Deyilənə görə, kim bu məscidin binasına zərər vermək istəyirdisə, həmin adamın başına bədbəxt hadisə gəlirdi. Məsələn, bir nəfər məscidin dirəklərini oğurlayıb evinə apardığı gün, samovardan çıxan köz onun sol gözünü kor edib. Digər biri qolunu itirmişdir. Başqa bir nəfərin isə hər iki ayağı sınmışdı.

1950-ci ildə Zuxulda kolxozlararası su elektrik stansiyası istifadəyə verilmişdir. 1957-ci ildə isə sovet höküməti tərəfindən Zuxul kəndi Samur çayının sahilinə köçürülmüşdür.

1915-ci ilə olan "Qafqaz təqvimi"-ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Zuxul kəndində 769 nəfər yaşayırdı. Nazim Tapdıqoğlunun "Qusar ensiklopediyası" kitabında 2018-ci ilin məlumatına görə, kənd əhalisinin sayı 430 nəfər idi. Kəndin əhalisi, əsasən, heyvandarlıq, əkinçilik, arıçılıq, bağçılıq və bostançılıq ilə məşğul olur.

Mənbələr:


  1.   Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  2.   Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.

  3.   Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

  4.   Кавказский календарь на 1915 год. Тифлис-1914.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər