top
Qusarın İmamqulukəndi: I Pyotr tərəfindən dağıdılan kənd
24 sentyabr 2021, 13:00
- +

Qusarın İmamqulukəndi: I Pyotr tərəfindən dağıdılan kənd

İmamqulukənd Qusar rayonunun Qudyalçay və Samur çaylarının arasında - Qusar maili düzənliyində yerləşir.

Bu kəndin adının mənşəyi ilə bağlı bir neçə fikir var. Bəzi məlumatlara görə, kəndin İmamqulu adlı şəxs tərəfindən salındığı üçün belə adlandığı ehtimal olunur. Bəzi tədqiqatçılar bu kəndin adını İslam dini ilə əlaqələndirirlər, lakin bu səhv fikirdi.

Bəzi mənbələrə əsasən, yerli əhali kəndə Dərbənd şəhərinin naibi Manqulu bəyin adını vermişdir. Ləzgicə "Manquludxür" kimi səslənir, mənası isə "Manqulunun kəndi" deməkdir.

1722-1723-cü illərdə Rusiya İmperiyasının çarı I Pyoturun yürüşü nəticəsində İmamqulukənd dağılmışdır. Ruslar gedəndən sonra, Manqulu bəy kasıb ailələrə burada ev tikməyə kömək etmişdir. Manqulunun kəndi - "İmamqulukənd" adı belə yaranmışdır.

İmamqulukənd qədim zamanlardan məhsuldar torpağı olan kənddir. XIX əsrin əvvəllərində bu kənd alma bağları və düyü plantasiyaları ilə məşhur idi. Burada, tayı-bərabəri olmayan qırmızı düyü yetişdirilirdi. 1830-cu ildə Quba əyalətində 196 min pud (təxmini 3200 ton) düyüdən, 10 min pud (təxmini 165 ton) məhsul İmamqulukəndlilərin payına düşürdü. Kəndin həmçinin böyük sürüləri və ilxıları var idi.

İmamqulukəndin sakinləri elmə və təhsilə önəm verən insanlar kimi tanınıb. 1866-cı ildə Çar höküməti əhalinin tələbi ilə Quba qəzasında üç kənddə yeni məktəblər açmışdı. Onlardan biri də İmamqulukənddə idi. 1894-cü ildə isə bu məktəbdə rus bölməsi açılmışdır.

1930-cu ildə kənddə 330 təsərrüfat mövcüd idi. Burada fəaliyyət göstərən pendir zavodunun məhsulları xarici ölkələrə də göndərilirdi.

1974-cü ildə Baykal-Amur magistralının tikintisi üzrə inşaat layihəsi (BAM) başlananda bu kənddə yeni məhəllə salınmışdır və ona "ВАМ" adı verilmişdir. Orada 50-dən artıq ev tikilmişdir.

İmamqulukəndin əhalisi, 2009-cu ilin məlumatlarına əsasən 3513 nəfər təşkil edirdi.

Mənbələr:


  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Baki-2007.

  2. Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  3. http://cbc.az/az/az/v_story/bam-tkntsnd-azrbaycanin-rolu

  4. http://etsim.az/db/region/region4.php

[caption id="attachment_4623" align="alignnone" width="300"]Foto açıq mənbələedən Foto açıq mənbələedən[/caption]

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər