top
Qubanın ən boyük ibadət evi: Hacı Cəfər məscidi
26 avqust 2021, 17:50
- +

Qubanın ən boyük ibadət evi: Hacı Cəfər məscidi

Hacı Cəfər məscidi Quba şəhərinin Ərdəbil küçəsi 62-də yerləşir. 1905-ci ildə yerli dindar Hacı Cəfər tərəfindən tikilmişdir.

Məscidin imamı Hacı Elnur Əfəndi sozlərinə gorə: "Ermənilər Qubada soyqırımı törədən zaman qocaları, qadınları və uşaqları bu məscidə toplayıb diri-diri yandırmaq istəyiblər. Həmin vaxt məscidin axundu olmuş Hacı Baba bunun qarşısını alıb. Hacı Baba evində kimsəsiz erməni qızlarını öz qızları kimi böyüdüb, saxlayıb və bunu ermənilərə bildirib. Deyib ki, biz sizin qızlarınıza öz övladlarımız kimi baxırıq, əvəzində siz bizi öldürmək istəyirsiniz. Bundan sonra düşmənlər öz bəd niyyətlərindən əl çəkiblər və soydaşlarımız xilas olublar". Məscid bu hadisədən sonra yerli əhali arasında "Hacı Baba" adlandırılıb.

Hacı Cəfər məscidi Qubanın ən boyük məscidi sayılır və iç sahəsi 400 kv.m təşkil edir. Bu məscid pirin üzərində tikilib. Kərpicdən inşa olunub və 4 otaqdan ibarətdir. Tavanı və döşəməsi taxta ilə işlənib. Mehrab (namaz qılarkən insanların üzlərini çevirdikləri oyuq yer) sadə quruluşa malikdir və qoz ağacından düzəldilib. Məscidin mismardan istifadə edilməyərək hazırlanan qədim oyma naxışlı qapısı indiyənədək qorunub saxlanılıb.

Məscid sovet dövründə anbar və yataqxana kimi istifadə olunub. 1930-cu illərdə məscidin günbəzi dağıdılıb. Sonradan günbəz yerli əhalilin hesabına 1943-cü ildə bərpa edilib. Hacı Cəfər məscidi 1983-cü ildə bərpa edilib və dini ocaq kimi fəaliyyət göstərir.

 

Mənbələr:


  1. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası s.116

  2. https://sputnik.az/life/20180902/416854075/qubadaki-haci-cefer-mescidinden-reportaj.html

  3. http://shahdagpeoples.az/muellifler/419-lqar-balakishiyev.html

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər