top
Qubanın Alpan kəndinin toponimi
07 oktyabr 2021, 16:00
- +

Qubanın Alpan kəndinin toponimi

Qubanın Alpan kəndinin toponimi

Bəzi tədqiqatçılar "Alpan" sözünün "igid, cəsur" mənalarını ifadə etdiyini qeyd edirlər

Alpan kəndi Quba rayonunda, Quruçayın sağ sahilində, Qusar maili düzənliyində yerləşir.

Ehtimal olunur ki, kəndin adı qədim alban tayfasının adını əks etdirir. Alpan (Alban) adı indi də Orta Asiyanın türkdilli xalqlarında tayfa adı kimi mövcuddur. Alpan (Alban) toponiminin qədim türk dilli etnosun adını bildirməsi haqqında tədqiqatçılar müxtəlif fikirdədirlər.

Ağamusa Axundov "Torpağın köksündə tarixin izləri" adlı kitabında "Alpan" sözünün "igid, qəhrəman, pəhləvan,cəsarətli, qorxmaz" mənalarını bildirdiyini yazırdı. Budaq Budaqov, Qiyasəddin Qeybullayev, Qara Məşədiyev və digər tədqiqatçılar da Alpan (Alban) toponimi "igid, cəsur" mənalarını ifadə edən türk sözü "alp" və "an" morfemlərindən ibarət olduğunu qeyd edirdilər.

Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" kitabında "Alpan" sözünün "Alban" adının qalığı olduğunu yazır. O, "Alban" sözünün "alb" hissəsini latın dilindəki "alp" sözü ilə əlaqələndirib, mənası təxminən "ucalıq, hündürlük" anlayışına yaxın olduğunu yazırdı. Gürcü tarixçisi Nikolay Marr, rus tarixçisi Kamilla Trever, azərbaycan tarixçisi Zelik Yampolski və digərləri  "Аlban" adının latın mənşəli söz olduğunu və "yüksəkliklər, dağlar ölkəsi" mənasını verdiyini qeyd edirdilər.

Bəzi tədqiqatçılar "Alpan" adının "illipi-illipan-alpan" sözündən qalma ad olduğunu ehtimal edirlər. İran tarixçisi Bahar "illipi"lərin lullubi tayfasının olduğunu söyləyirdi. "İllipi" sözünə Aşşur e.ə. II minilliyə aid mixi yazılarında (Şumerlərin istifadə etdiyi yazı) rast gəlmək olar. Güman edilir ki, Şimali Azərbaycan ərazisinin ilk sakinləri olan alpanlar Azərbaycanın cənub ərazilərindən şimala köçüb Şahdağ massivi ətəklərindəki düzənliklərdə məskunlaşmışdırlar.

Tarixçilər Ağamir Məmmədov və Yusif Yusifov öz əsərlərində "Alpan" sözünü "işıqlı, parlaq səma" mənalarında izah etmiş və onu mənşəcə avarlarda tətbiq olunan "halbi" sözü ilə əlaqələndirmişdilər.

Mənbələr:


  1. Аббас-Кули-aгa Бакиханов. Гюлистан-и-Ирам. Баку-1991

  2.  Ağamusa Axundov.Torpağın köksündə tarixin izləri. Bakı-1983

  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007

  4. Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində qeydə alınmış toponimlərin tarixi-linqvistik təhlili. Bakı-2017

  5. http://alpan.az/alpan-toponimi-haqqinda/

  6. http://alpan.az/albanlarin-ilk-yurdu-alpan/


[caption id="attachment_5150" align="alignnone" width="300"]Foto Shimal.news Foto Shimal.news[/caption]

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər