top
Qubalı Fətəli xana qaynı tərəfindən qurulan tələ
09 avqust 2022, 13:00
- +

Qubalı Fətəli xana qaynı tərəfindən qurulan tələ

Qubalı Fətəli xan ətraf yerlərə sahib olmaq və təsir dairəsini genişləndirmək üçün 1766-cı ildə Dərbəndin Qaraqayqat usmisi Əmir Həmzənin bacısı Tutu (Tuti) Bikə ilə evlənmişdi. Bu evliliyin məqsədi, həmçinin Dərbəndi də öz təsir dövriyyəsinə salmaq idi. Lakin Əmir Həmzə buna qarşı çıxmışdır.

Bir vaxt Qubalı Fətəli xan Salyanda olarkən Əmir Həmzə Dərbəndi almağa cəhd edib. Bu səbəbdən Tutu Bikə əyninə kişi paltarı geyinərək Dərbənd qalasının müdafiəsinə özü başçılıq edib. Bu zaman qardaşla bacı arasında döyüş başlayıb.

Tutu Bikənin başçılığı altında qalada olanlar Əmir Həmzənin bütün həmlələrini dəf edirlər. Tarixçilərin qeyd etdiklərinə görə, Tutu Bikə dişi bir şir kimi qala hasarlarının üstündə duraraq Dərbəndi qardaşından qoruyur. Daha sonra Tutu Bikə toplardan atəş açmaq barədə əmr verir və qardaşı Əmir Həmzəni məğlub edir. Lakin bu, Əmir Həmzəni dəyandırmır və o, tələyə əl atır.

Əmir Həmzə bacısına belə deyir: “Fətəli xanın ölüsünü gətiriblər, Tutu Bikə, qapını aç. Fətəlinin meyitini gətirirlər. Şirvanda öldürülüb”. Tutu Bikə buna inanmasa da, yaxınlaşıb qala divarlarından aşağı baxır. Tabutu və onun yanında durmuş qardaşı Həmzəni görən kimi gözlərinə bir anlıq qaranlıq çökür. Meyitin üzü örtülü olduğu üçün Tutu Bikə qardaşının sözlərinə inanmır.

Tutu Bikə fikirləşir ki, Fətəlinin meyiti olsa idi, Həmzə onun üzünü açmış olardı və buna görə qardaşına belə deyir:

-       Sən yalanı da düz-əməlli danışa bilmirsən. İnanmıram ki, böyük Fətəli o kiçik cənazəyə sığışmış ola.

-       Demək, ərinin cənazəsindən imtina edirsən?

-       Ərimin yox, sənin düzəltdiyin cənazədən imtina edirəm.

Əmir Həmzənin yalanı baş tutmur. Həqiqətən də, o, öz yaxın sərkərdələrindən birinin meyitini cənazəyə qoyub, şəhərə daxil olmaq istəyir. Onun son tədbiri də heç bir nəticə vermədiyindən Əmir Həmzə qoşununu geri çəkir.

Əmir Həmzə vəfat etdikdən sonra bacısı Tutu Bikə başsağlığı vermək üçün Dərbəndə qayıdır. O, qardaşının ölümünə dözməyib xəstələnir və orada 1785-ci (1786) ildə vəfat edir. Tutu Bikə Dərbəndin Qırxlar qəbiristanlığında dəfn olunub. Fətəli xan isə xanımının şərəfinə orada türbə ucaltdı. Türbə bu günədək qorunub saxlanmaqdadır.

 

İstinad edilən mənbələr:


 

 

 

 

 

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər