top
Qubalı Əməkdar həkim Kübra Fərəcova
20 avqust 2022, 14:15
- +

Qubalı Əməkdar həkim Kübra Fərəcova

Kübra Yəhya qızı Fərəcova 16 may 1907-ci ildə Qubada anadan olub.

Fərəcova əvvəl ibtidai rus-tatar məktəbini, sonra isə birillik Tağıyev Qadın Gimnaziyasını bitirib.

Kübra xanım 1924-cü ildə Göyçaya köçüb. İki il burada və Ağdaş rayonunda müəllimlik edib. Lakin o, burada çox qalmayıb. Fərəcova 1926-cı ildə Qazax rayonunda məskunlaşıb və orada uşaq bağçasında tərbiyəçilik edib. Kübra xanım 1929-1933-cü illərdə indiki Azərbaycan Tibb Universitetində oxuyub.

O, 1931-1979-cu illərdə Azərbaycan SSR Xalq Səhiyyə komissarının müavini, Azərbaycan SSR Səhiyyə naziri, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin katibi və başqa vəzifələrdə işləyib.

Kübra xanım həmin vaxt Kürdəmirdə olarkən, orada qız məktəbini təşkil edib və müəllim kimi çalışıb. O, bu məktəbə 50-yə qədər qız cəlb edib. Kübra xanıma Kürdəmirdə “Qadın savadsızlığına qarşı mübariz öndərlərdən biri” deyirdilər.

Kübra xanım SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

1960-cı ildə Fərəcova Sovet pediatrı və Azərbaycan SSR-in Əməkdar həkimi adlarına layiq görülüb. O, həmçinin “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.

1950-1979-cu illərdə o, indiki Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbəri olub.

Kübra xanım, həmçinin Ümumittifaq Pediatriya Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, Respublika Pediatriya üzrə Attestasiya Komissiyasının sədri, pediatriya cəmiyyətinin sədri və digər elmi-ictimai fəaliyyətlə məşğul olub.

1979-cu ildə Fərəcova İttifaq əhəmiyyətli fərdi təqaüdə çıxdı. Lakin həmin vaxt o, indiki Elmi-Tədqiqat Pediatriya İnstitutunda əməkdaşlarına rəyçi, məsləhətçi, elmi rəhbər kimi köməklik göstərirdi.

Kübra Fərəcova 1986-cı (digər mənbələrdə 1988) ildə Bakı şəhərində vəfat edib.

1992-ci ildən Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Pediatriya İnstitutu Kübra Fərəcovanın adını daşıyır.

İstinad edilən mənbələr:

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər