top
Qubada yaşayan buduqlular
13 oktyabr 2021, 15:45
- +

Qubada yaşayan buduqlular

Buduqlular Şahdağ etnik qruplarına aid olan milli etnik nümayəndələrdəndir. Onlar Quba rayonunun Buduq kəndində məskunlaşmışdırlar. Buduqlular Azərbaycanda yaşayan ən qədim sakinlərdən hesab edilirlər və dünyada ancaq Qubada sıx şəkildə yaşayırlar.

"Buduq" sözü qədim türk dillərində "dəliqanlı, hirsli" mənasını verir. "Buduq" oykonimi buduqlulara qonşu xalqlar, etnik qruplar tərəfindən verilmiş addır. Buduqlular isə özlərini “budad” adlandırırlar. Deyilənə görə, Çar Rusiyası dövründə Qubada ilk "bəy" titulunu bu kəndin sakinlərinə verirdilər.

Buduqlulara dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin əvvəllərində yaşamış filosof Fəzlullah Rəşidəddinin "Cəmi ət-Təvarix" (tarixlərin toplusu) əsərində verilmişdir. Buduqlularla bağlı ilk rəsmi sənəd isə 1607-ci ildə Səfəvi hökmdarı l Şah Abbas tərəfindən verilmiş fərmandır. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində, buduqlular haqqında məlumat verilir. XVlll əsrdə Buduq eyni adlı mahalın mərkəzi olmuşdur.

Buduqluların öz dili var və budaq dili adlanır. Bəzi səslər ancaq bu dilə məxsusdur. Buduq dili haqqında məlumatlar XVIII əsrdə səyyah İ.Q.Qerberin kitabında və 1895-ci ildə R.Erkertin əsərlərində rast gəlinir.

Buduqlular qədimdən heyvandarlıq, dulusçuluq, xalçaçılıq, bostançılıq, bağçaçılıq, tərəvəzçilik, toxuculuq sənəti ilə məşğul olublar.

2018-ci ilin məlumatına görə, Buduq kəndində onların sayı 200-300 nəfər təşkil edirdi.

Mənbələr: 


  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

  2. Abbasqulu Ağa Bakıxanov. Gülüstani-İrəm. Bakı-1951.

  3. Рашид ад-Дин. Джами-ат-таварих. Баку-2011.

  4. Юрий Борисович Коряков. Атлас Кавказских языков. Москва-2006.

  5. Букар Бекирович Талыбов. Будугский язык. Москва-2007.

  6. http://atlas.musigi-dunya.az/az/et_bud_.html

  7. https://www.youtube.com/watch?v=nHUBv1cgJbU

  8. https://www.youtube.com/watch?v=7se7uboPJGI&t=312s

  9. http://www.anl.az/down/meqale/paritet/2010/dekabr/148202.htm

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər