Çuxur hamam Quba şəhərinin mərkəzində, Musəbəyov küçəsi ilə Ərdəbil küçəsinin kəsişməsində yerləşir. Deyilənə görə, hamamı XVIII-ci əsrin sonlarında Bəkir adlı imkanlı tacir tikdirib. El arasında bura "Çuxa hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" da deyirlər.
1918-ci ildə ermənilər Qubada törətdikləri soyqırım zamanı, insanları Çuxur hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər.
Məşhur fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahəti zamanı, Qubada Çuxur hamamda olub, 150 il sonra isə onun nəvəsi də buraya gəlib.
Abidə Şərq memarlığının incilərindən sayılır. Onun qırmızı kərpicdən tikilən günbəzi lazımi temperaturu və rütubəti saxlamağa kömək edir. Günbəzli hamam 6 otaqdan ibarətdir, 2 qapısı və 6 pəncərəsi var. Gümbəzlərinin hündürlüyü 9 metrdir.
1985-ci ilə kimi hamam təyinatına uyğun istifadə olunub. Sonra isə kanalizasiya xətti tutulduğundan hamamın fəaliyyəti dayandırılıb. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri görülüb.
2016-cı ildə hamamda əsaslı təmir işləri aparılıb. Hamamın təmiri ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilib. Bununla əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta dekabrın 14-də Qubada olmuşdur. 26 mart 2018-ci ildə yenidən bərpa olunmuş hamamın açılışı baş tutmuşdur.
Mənbələr:

[caption id="attachment_4458" align="alignnone" width="300"]
Foto Shimal.news[/caption]