top
Qubada Abbasqulu ağa Bakıxanovun ev-muzeyi: dahi tarixçi 17 il burada yaşayıb
07 sentyabr 2021, 14:34
- +

Qubada Abbasqulu ağa Bakıxanovun ev-muzeyi: dahi tarixçi 17 il burada yaşayıb

Azərbaycanın ictimai-siyasi xadimi Abbasqulu ağa Bakıxanovun xatirə muzeyi Quba rayonunun Amsar (Əmsar) kəndində yerləşir. Bu muzeyin əsası 1999-cu ildə, Bakıxanovun 1819-cu ilədək yaşadığı ərazidə qoyulmuşdur.

Ev-muzeyində 300-ə yaxın müxtəlif eksponat var. Burada Abbasqulu ağanın şəxsi əşyaları, o cümlədən əlyazmaları, kitablar və xalçalar kolleksiyası var. Onun Amsar (Əmsar) kəndində yazdığı, Azərbaycan tarixinin ilk akademik monoqrafik tədqiqatı sayılan, "Gülüstani-İrəm" əsərindən müəyyən hissələr də burada nümayiş olunur. Bakıxanov tərəfindən yaradılan "Gülüstan" elmi-ədəbi məclisinin eksponatları da ev-muzeyində saxlanılır.

Muzeyin direktoru İradə Alməmmədovanın 2017-ci ildə Publika.az-a verdiyi müsahibədə tikilinin yararsız vəziyyətdə olduğunu və onun təmirə ehtiyacı olduğunu bildirmişdir. Direktorun sözlərinə görə, burada əsaslı təmir son dəfə 2009-2010-cu illərdə həyata keçirilmişdir.

Abbasqulu ağa Bakıxanov XIX əsrin tarixçisi, filoloqu, şairi, filosofu və kosmoqrafı olub. O, Azərbaycan elmi tarixşünaslığının banisi sayılır. Rus ordusunda şərq dilləri tərcüməçisi kimi xidmət edən Bakıxanov, Rusiya və İran arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrində tərcüməçi kimi iştirak etmişdir.

Abbasqulu Ağa Bakıxanovun atası 1802-ci ildə Bakı xanlığının taxtı uğrunda məğlub olduğuna görə, məcburi Qubaya, vaxtı ilə dayısı Qubalı Fətəli xanın ona bağışladığı Amsar (Əmsar) kəndinə köçməli olub. Abbasqulu Ağa Bakıxanov bu səbəbdən ömrünün 17 ilini burada keçirib.

Mənbələr:

 


  1. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: Şərq-Qərb, 2006.

  2. https://publika.az/news/sosial/208471.html

  3. https://museum.az/az/museum/68

  4. https://www.youtube.com/watch?v=zQiAsZ8tmLE


 

[caption id="attachment_3992" align="aligncenter" width="300"]Foto Shimal.news Foto Shimal.news[/caption]

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər