top
Orta əsrlərdə yaranmış Qusarın Böyük Muruq kəndi
28 avqust 2022, 15:00
- +

Orta əsrlərdə yaranmış Qusarın Böyük Muruq kəndi

Böyük Muruq kəndi Qusar rayonunda, Böyük Qafqazın Yan silsiləsinin ətəyində yerləşir. Kəndin yaranma tarixi orta əsrlərə aiddir. “Muruq” oykonimi ilk dəfə X əsrə aid mənbələrdə qeyd olunub.

Yerli əhali kəndi “ЧIехи Муругъ” adlandırır. Ləzgi dilindən “чIехи” - “böyük” kimi tərcümə olunur. Ehtimal edilir ki, “muruq” - “muxur” sözünün fonetik dəyişikliyə uğramış formasıdır. Toponimiyada “muxur” - “keçə alaçıq” mənasında işlənir. Oykonim “böyük oba, böyük aul” mənasını ifadə edir. Həmçinin digər versiyaya görə, kəndin toponimi ləzgi dilindən tərcümədə “murk” - “buz” deməkdir. Beləliklə, kəndin adı “buzlu düzənlik” anlamındadır.

Yerli əhali arasında kəndin belə adlandırılması haqqında bir rəvayət mövcuddur. Vaxtilə Muruq adlı monqol-tatar kəndin ərazisindən keçəndə burada bir neçə müddət qalıb. Bu səbəbdən kəndin adı bir müddət sonra onun adını daşımağa başlayıb.

Kənddə qədim qəbiristanlıqlar mövcuddur. Bəzi qəbir daşlarının üzərində ərəb dilində yazılar var, digərlərində isə yazı yoxdur. Həmçinin qəbirlərin üzərində işarələr və xətlərlə bəzədilən daşlar da var.

Böyük Muruq kəndinin ərazisində Suval, Verxer, Apul, Sona, But-but, Üzdən, Laran, Neqi, Pikin, Qaya, Qayi adları verilən bulaqlar mövcuddur. Onların arasında Dərviş və Səngər bulaqları qədimlərindən sayılır. Burada, həmçinin Kənarçay axır.

2018-ci ildə Böyük Muruq kəndində əhalinin sayı 600 nəfər təşkil edirdi. Əhali, əsasən, heyvandarlıq, əkinçilik, maldarlıq, bostançılıq, bağçılıq və kənd təsərrüfatı ilə məşğuldur.

[caption id="attachment_23216" align="alignnone" width="300"]Photo Shimal.News Photo Shimal.News[/caption]

 İstinad edilən mənbələr:


  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • Azərbaycanın toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.

  • Nazim Tapdıqoğlu (Vəlişov). Qusar ensiklopediyası. Bakı-2018.

  • https://www.youtube.com/watch?v=t0MAJox5nAI

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər