top
Leninin qubalılara hədiyyə etdiyi çap maşını
14 iyul 2022, 14:30
- +

Leninin qubalılara hədiyyə etdiyi çap maşını

1920-ci ilin dekabrında Azərbaycanın Quba qəzasının kəndliləri VIII Ümumrusiya Sovetlər Qurultayının ünvanına bir vaqon alma sovqatı göndərir. Sovqatı Quba Qəza İnqilab Komitəsinin sədri Qasım İsmayılov Rusiya Federativ Respublikasının Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə şəxsən çatdırır.

Deyilənə görə, Lenin almaların Moskvanın uşaq bağçaları arasında paylanılması üçün göstəriş versə də, meyvələrdən ikisi onun payına düşür. Quba almalarının dadı Leninin xoşuna gəlir. Nəticədə o, Quba kəndlilərinə minnətdarlıq edir və sakinlərə çap maşınını hədiyyə edir.

“Pravda” qəzetinin 1921-ci ilin yanvar buraxılışında “Kubinskiye nastroyeniya” (Quba əhval-ruhiyyəsi) adlı məqalə dərc olunub. Bu məqalədə belə qeyd var: “Bu almalar adi almalar deyillər. Bu almalar Şərqin azadlığa çıxarılmasını istəyən Quba qəzası kəndlilərinin arzusunu ifadə edir”.

Həmin mətbəə çap maşınının sayəsində 1921-ci ilin aprel ayından etibarən Qubanın tarixində “Əxbar” adlı (indiki “Şəfəq”) qəzet çap olunmağa başlayır. Bu qəzet Qubanın ilk qəzeti və Azərbaycanın ilk region qəzetlərindən biri hesab olunurdu.

Çap maşını Almaniyanın “Albert and Co. Frankenthal” firmasının 1900-cu ildə istehsal etdiyi “Universal” tipli mətbəə çap maşını idi. Lakin çap maşını təxminən 1980-ci ilədək Quba mətbəəsində istifadə edilib. Sonra isə qəzetin nəşri daha müasir üsullara keçdiyindən bu çap maşını istifadə olunmayıb.

Həmin maşın hazırda Bakı şəhərində, İstiqlal muzeyinin eksponatları arasında nümayiş olunur.

[caption id="attachment_20684" align="alignnone" width="300"]Photo Shimal.News Photo Shimal.News[/caption]

[caption id="attachment_20683" align="alignnone" width="300"]Photo Shimal.News Photo Shimal.News[/caption]

[caption id="attachment_20682" align="alignnone" width="300"]Photo Shimal.News Photo Shimal.News[/caption]

[caption id="attachment_20681" align="alignnone" width="300"]Photo Shimal.News Photo Shimal.News[/caption]

 

İstinad edilən mənbələr:


 

 

 

 

 

 

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər