top
Ləzgi xalqının qəhrəmanı: Möhübəli əfəndi Kuzunvi
04 sentyabr 2022, 15:00
- +

Ləzgi xalqının qəhrəmanı: Möhübəli əfəndi Kuzunvi

Ləzgi xalqının qəhrəmanı, milli istiqlal hərəkatının fəal iştirakçısı, qusarlı Möhübəli əfəndi Kuzunvi 1868-ci ildə Qusarın Kuzun kəndində anadan olub. O, həmçinin “Möhübəli əfəndi Kuzunski”, “Molla Möhübəli”, “Möhübəli əfəndi Kuzunvi” kimi tanınıb. Dövlət xadimi Nəriman Nərimanov isə onu “nadir insan” adlandırıb.

Kuzunvi ləzgi dili ilə yanaşı, Azərbaycan, türk, ərəb, fars, rus, avar, lak, tabasaran dillərini də bilirdi. O, Türkiyədə təhsil almışdır. Möhübəli fəlsəfəyə və dinə aid bir neçə kitab yazmışdır. Lakin onun qətlindən sonra həmin kitablar sovet hakimiyyəti tərəfindən çaya atılmışdır.

Möhübəli əfəndi öz vəsaiti hesabına 1890-cı ildə doğma Kuzun kəndində məktəb açmışdır. Bununla bağlı 1903-cü ildə Bakıda çap olunmuş “Ежегодник” jurnalı belə məlumat vermişdir: “Kuzunda məktəb açıb burada dərs deyən Möhübəli əfəndinin şöhrəti hər yana yayılıb. Buradakı nizam-intizam və səliqə-səhman diqqəti cəlb edir. Uşaqlar həvəslə bir neçə elmə yiyələnirlər. Onlar əfəndidən daha çox bilik öyrənməyə çalışırlar”.

Ümumilikdə o, Quba qəzasında 5 mədrəsə açmış, 18 məscidi təmir etdirmiş və bir məscid inşa etmişdir.

Möhübəli əfəndi Azərbaycan Xalq Cümhuriyyətini qorumaq üçün Qızıl Ordu əleyhinə mübarizəyə qalxmışdır. Əfəndinin silahlı dəstələri Quba qəzasının Aladaş düzündə 7 ay ərzində bolşeviklərin qarşısını kəsərək, onları Quba qəzasına buraxmamışdır.

O, 1918-ci ilin may ayında Qubanın Digah kəndində erməni polkovnik A.Amazaspın rəhbərlik etdiyi bolşeviklər və daşnaklardan ibarət qoşunu darmadağın etmişdir. Möhübəli əfəndi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da bolşeviklərə qarşı mübarizə aparırdı.

Məhz buna görə sovet hökuməti Möhübəli əfəndini 1922-ci ildə (digər mənbələrdə 1928-ci) sui-qəsd etməklə qətlə yetirmişdir.

Möhübəli əfəndi Kuzunvi Xaçmazın Qıraqlı kəndinin yaxınlığında vəfat edir, onun cəsədi isə yoxa çıxır. Bu günə kimi Möhübəlinin harada dəfn olunması haqda məlumat yoxdur. Kuzunvinin qətlindən sonra sovet hakimiyyəti onun evini talan, ona aid əşyaları isə məhv etmişdir.

İstinad edilən mənbələr:


  • Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi. -2018.-№74-75-76.- S.210-214.

  • Məşhur ləzgilər haqqında bilmədiklərimiz.-Samur qəzeti.-29.03.2007.-səh.3.

  • Müzəffər Məlikməmmədov. Qanlı Dərə. Bakı-2019.

  • Şahin Fazil. Quba tarixi. Bakı-2016.

  • https://lent.az/news/182206

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər