top
Keçmiş Urva kənd məscidinin mollası Zülfəli Məhərov
08 sentyabr 2022, 19:00
- +

Keçmiş Urva kənd məscidinin mollası Zülfəli Məhərov

Zülfəli Əziz oğlu Məhərov (Əzizov) 1868-ci ildə Qusarın Urva kəndində anadan olub. O, milli hürriyyət və istiqlal ideyasını təbliğ edən ruhanilərdən idi.

Zülfəli kənddə Quran və dinə aid ibtidai təhsilini aldıqdan sonra Qubada orta və ali mədrəsədə təhsil almışdır. O, burada təhsil alarkən 12 dini və dünyəvi elmi öyrənmişdir.

Sovet dövründə Zülfəli Məhərova qarşı repressiyalar başlandı. Bu vəziyyətdə o, var-dövlətini, torpaq sahələrini könüllü şəkildə təhvil verdi, əvəzində altı oğlan və iki qız böyüyən ailəsinə toxunulmazlıq istədi.

Zülfəli Məhərov Urva kənd məscidinin mollası olub. 1971-ci ildə sovet hakimiyyəti Urva kənd məscidini sökmək istəyəndə, “Siz nə edirsiniz? Allah evini uçurmaq böyük günahdır” - deyə Zülfəli onları fikirlərindən yayındırmaq istəyir. Lakin ağsaqqalın sözlərinə məhəl qoymurlar və ibadətgahı dağıdırlar.

Zülfəli geniş dünyagörüşü və fenomenal yaddaşı ilə tanınmışdır. O, 104 yaşında 1918-ci ildə baş verən erməni daşnaklarının və bolşeviklərin törətdiyi qırğınları xatırlayırdı.

Onlardan biri bu idi: “Heç yadımdan çıxmır, 1918-ci ilin martının axırlarında Dağıstanın Filer kəndindən olan bolşevik Feyzulla Abbasov gəlmişdi…Martın 18-də və 19-da ermənilərin Bakıda və Şamaxıda törətdikləri qırğınlardan danışıb dedi ki, bu işləri görən… erməni daşnaklarıdır. Kənddə cəmi 20 tüfəng var idi. Bu, azlıq edirdi. Ona görə də silah əldə etmək üçün iki nəfərlə Qubaya yollandıq… Silah almaq üçün pulu Xürel kəndinin xeyirxah insanı olan Balamət Pirmətov vermişdi. O, bizə böyük dəstə yaratmağa kömək etdi və özü də ermənilərlə döyüşdü. Qubaya getdiyimizdən bir həftə sonra eşitdik ki, ermənilər şəhəri ələ keçiriblər”.

Zülfəli Məhərov 1974-cü ildə, 106 yaşında Qusarın Urva kəndində vəfat edib.

 

İstinad edilən mənbələr:


  • Müzəffər Məlikməmmədov. Qanlı dərə: 1918-ci il Quba faciəsi. Bakı-2019.

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər