top
Həzrə kəndi: keçmişdə dağ kəndlərə hücum edənlər üçün istirahət yeri
13 sentyabr 2021, 16:04
- +

Həzrə kəndi: keçmişdə dağ kəndlərə hücum edənlər üçün istirahət yeri

Həzrə kəndi Qusar rayonunun mərkəzindən 53 km məsafədə, Samur çayının sağ sahilində yerləşir. Kənd V əsrdə xəzərlər (qədim türk tayfalarından biri) tərəfindən ələ keçirildikdən sonra, Həzər (sonradan isə Həzrə) adlandırılırdı. Yerli sakinlər kəndi Yargun adlandırır.

II əsrdə Klavdi Ptolemeyin çəkdiyi xəritədə Albaniyanın ərazisində Yargun şəhərinin olduğu göstərilir. Yargun adı Vizantiyalı Stefanın (II-IV əsrlər) "Tayfalar haqqında" kitabında da çəkilir. Həmçinin ərəb tarixçisi Al-Kufi VI-VII əsrlərdə bu ərazidə Yargu şəhərinin olduğunu qeyd etmişdir.

Kəndin adı ilə bağlı bir neçə fikir mövcuddur. Bəziləri kəndin hazırda yerləşdiyi yerin bir zamanlar dağ kəndlərə hücum edənlər üçün istirahət yeri olduğunu söyləyirlər. Bu səbəbdən kəndin adını yerli əhali "Yargun" adlandırır, ləzgi dilində "yorğunluq" ("yurgun" kökündən) mənasını daşıyır.

Ləzgi xalq təqvimində Yar baharın ilk ayının adıdır (21 mart-4 aprel). Buna görə də, kəndin adını ləzgi dilində "yar" sözü ilə bağlayırlar, yəni bu söz "günəş nuru" mənasını verir.

Həzrə kəndinin adı ərəb dilindən tərcümədə "həzr", yəni ocaq və ya pir deməkdir.

Həzrə kəndi pəhləvanları (güləşçilər) ilə məşhurdur. Ənənəvi pəhləvan yarışı "Sim pəhləvan" hələ də burada keçirilir və bütün milli bayramların ayrılmaz hissəsidir.

Kənddə XVI əsrə aid Şeyx Cüneyd türbəsi də yerləşir. Bu türbə I Şah Təhmasibin əmri ilə ulubabası Şeyx Cüneydə ucaldılmışdır. Cüneyd Həzrə kəndində dəfn olunmuşdur, lakin sonra onun qalıqları Ərdəbilə (İran) köçürülmüşdür.

Mənbələr:

 


  1. Sədaqət Kərimova. Qusar Qusarlılar. Bakı-2011.

  2. Azerbaycan toponimlerinin ensiklopedik lugeti. Bakı-2007.

  3. Процесс образования крупных поселений и обособление в их структуре больших семей и патронимий. C. С. Агаширинова, С.А. Азизов. ВЕСТНИК ИНСТИТУТА ИАЭ. 2006. № 2. С. 75 – 87.

  4. https://azertag.az/xeber/Qusarin_8_maraqli_gormeli_yeri-992392

  5. http://seyyah.az/news/1690?country=0&city=0&minprice=200&maxprice=600&t=1

  6. https://www.youtube.com/watch?v=kW1_RAsSHRE

[caption id="attachment_4196" align="alignnone" width="300"]Foto acıq mənbələrdən Foto acıq mənbələrdən[/caption]

Son xəbərlər

Kommunal
Dünən, 18:01

Şabranda su xətti zədələnib - İsrafın qarşısı alınmır

Gündəm
Dünən, 17:40

Deputat: "Bu çaylarda sel təhlükəsi artır"

Gündəm
Dünən, 17:00

Şamaxının deputatı: "30-a yaxın kənddə su problemi var"

Gündəm
Dünən, 16:12

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Gündəm
Dünən, 16:00

Kənan Həsənli: "2026-da dörd peşə təhsili müəssisəsi açılacaq"

Gündəm
Dünən, 15:20

Şahin Məlikov: "Şəki yaxın illərdə əsas turizm mərkəzi olacaq"

Gündəm
Dünən, 14:40

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gündəm
Dünən, 14:00

FHN-in sifarişi ilə 4 ev tikiləcək

Bu gün nə günüdür?
Dünən, 13:34

Qubalı Vətən müharibəsi şəhidinin ad günüdür

İdman
Dünən, 12:50

Qax məktəbliləri oxatma ilə tanış olublar

Xaçmaz
Dünən, 12:05

Xaçmazda zərərçəkmiş fermerə 200 min manat sığorta ödənildi

Bu gün nə günüdür?
Dünən, 11:13

Qubanın tanınmış fotoqrafı Nazim Səlimxanoğlu 70 yaşını qeyd edir

Xaçmaz
Dünən, 10:40

Xaçmazda dəm qazı faciəsi

Gündəm
Dünən, 09:53

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Gündəm
Dünən, 09:10

14 yaşlı qız dəm qazından zəhərləndi

Gündəm
01 dekabr 2025, 18:01

"Şahdağ Turizm Mərkəzi"ndə yoxlamalar aparılıb

Gündəm
01 dekabr 2025, 17:36

Sabah bəzi ərazilərə qar yağacaq

Gündəm
01 dekabr 2025, 16:41

Avtomobil aşdı, kənd qazsız qaldı

Gündəm
01 dekabr 2025, 16:00

Bu gündən Azərbaycanda ov qadağan olunur

Nəqliyyat və yollar
01 dekabr 2025, 15:20

Xızıda minik avtomobili yanıb

İdman
01 dekabr 2025, 14:15

Zaqatalada "Məktəbli Kuboku"na start verilib

Gündəm
01 dekabr 2025, 13:24

Bu il Şəkidə 1017 nəfəri it dişləyib - FOTO

Gündəm
01 dekabr 2025, 12:40

Şəkidə yanğın olub

İqtisadiyyat
01 dekabr 2025, 11:32

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

Oxşar xəbərlər