Quba rayonunun yeganə saatsazı Nazim Zəkiyevdir. Bu barədə ShimalNews 6 avqust tarixində Qafqaz TV-yə istinadən məlumat verir.
Hər növ saatların düzəldilməsi ilə məşğul olan Nazim, bu sənətə peşə məktəbində yiyələnib. O, emalatxanasına gələnləri əliboş, saatsız geri qaytarmır. Yanına gətirilən hər cihaza baxıb, diaqnoz qoyur və o andaca işə başlayır.
Qubalı Nazim kişi 43 il bu sənətlə yaşayır və rayonun yeganə saatsazı kimi onu yaşadır.