Zaqataladan olan Rizvan Şərif oğlu Muradov Rusiya-Ukrayna müharibəsində ağır yaralanaraq həlak olub.
Lent.az-ın məlumatına görə, onun cənazəsi ötən gün Zaqatalaya gətirilərək torpağa tapşırılıb.
Rizvan Muradov Rusiya tərəfindən Ukraynaya qarşı vuruşurmuş.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi 20-dən çox Zaqatala sakini döyüşlərdə öldürülüb.