Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Lent.az-ın məlumatına görə, Zaqatala rayonu, Əliabad qəsəbə sakini, 26 yaşlı Məhəmməd Valid oğlu Qədimov döyüşlərdə ağır yaralanaraq ölüb.
Onun cənazəsi Zaqatalaya gətirilərək doğulduğu Əliabad qəsəbəsində torpağa tapşırılıb.
Məlumata görə, M.Qədimov 3 il Rusiya tərəfindən Ukraynaya qarşı vuruşub.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə kimi 20-dən çox Zaqatala sakini döyüşlərdə öldürülüb.